Azərbaycana keçmək istəyən silahlı şəxs tutuldu

Azərbaycana keçmək istəyən silahlı şəxs tutuldu
12:32 8 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan  vətəndaşının əl yükünə "Heimann X-Ray" texniki nəzarət vasitəsi ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/487393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR