Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Silahla fotosu yayılan direktora yeni vəzifə verildi - FOTO

Silahla fotosu yayılan direktora yeni vəzifə verildi - FOTO

Date: 8 November 2016 12:47

Bir müddət əvvəl silahlı fotosu ilə gündəmə gələn xanım direktor yeni məktəbə təyinat alıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, nazir Mikayıl Cabbarovun əmri ilə oktyabrın 25-də Şıxlinskaya Kəmalə Məcid qızı Binəqədi rayonu 179 saylı orta məktəbin direktoru vəzifəsindən çıxarılaraq Xətai rayonu 59 saylı məktəbin rəhbərliyinə gətirilib.

Qeyd edək ki, gənc direktor 17 mart, 1981-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Xanım direktor ötən il medianın gündəminə məhz silahla çəkdirdiyi fotolarla düşmüşdü. O isə açıqlamasında sözügedən şəkillərin Londonda çəkildiyini qeyd etmişdi.

Xatırladaq ki, Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.

Milli.Az





Tags:  Silahla fotosu yayılan direktora yeni vəzifə verildi FOTO

RƏYLƏR


Top news