Bayram günü hava necə olacaq?

Bayram günü hava necə olacaq?
12:53 8 Noyabr 2016
327 Ölkə
Ölkə mətbuatı
A- A+

9 noyabr - Dövlət Bayrağı Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/175171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR