Azərbaycanlı oliqarxların 1 milyardlıq var-dövlətinə həbs qoyuldu - FOTO

Azərbaycanlı oliqarxların 1 milyardlıq var-dövlətinə həbs qoyuldu - FOTO
13:12 8 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın İstintaq Komitəsi əslən Azərbaycanın "Qırmızı qəsəbə"sindən olan Roman və Solomon Manaşirov qardaşlarının 1 milyard dollardan çox dəyəri olan aktivlərinə həbs qoyulması barədə vəsadət qaldırıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə bu vəsadəti təmin edib və biznesmenlərin əmlakına istintaq başa çatana qədər həbs qoyulması barədə qərar çıxarıb.

Solomon Manaşirov Rusiyadan qaçıb və hazırda İsraildə gizlənir. Ona qarşı vergidən yayınma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi qaldırılıb, barəsində beynəlxalq axtarış elan edilib. Solomonun qardaşı Roman Manaşirov isə vəzifəli şəxsə rüşvət vermək, çirkli pulları leqallaşdırmaq və mütşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamları ilə həbsdədir.

Məhkəmənin qərarına əsasən, biznesmenlərə məxsus "Armada" ticarət mərkəzinə və Solomon Manaşirovun şirkətlərinin digər aktivlərinə həbs qoyulub. Bundan əlavə, biznesmenin ailəsinin Rublyovkada yerləşən şəxsi əmlakı, "Kolambus" ticarət məkəzi və digər aktivlər də həbs qoyulan əmlak sırasındadır. İstintaq həmin aktivlərin nə dərəcədə qanuni yollarla əldə edildiyini araşdırır.

Roman və Solomon Manaşirov qardaşları 20-dən çox şirkətin təsisçiləridir. Onlar Rusiyanın daşınmaz əmlak kralları arasında yer alırdı. Manaşirovların aktivlərinə "Prajskiy passaj" ticarət mərkəzi, "Gem" ticarət-sərgi kompleksi, "Karenfor" ticarət mərkəzi və bir çox digərləri də aiddir. Hesablamalara görə, onların həbs qoyulan əmlakının ümumi dəyəri 1 milyard dollardan çoxdur.

Manaşirov qardaşlarına qarşı təqiblər ötən ildən başlayıb. Əvvəlcə  Roman Manaşirov ötən ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafailovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, Telman İsmayılovun keçmiş ortağıdır, habelə Manaşirovla yaxın münasibətlərə malikdir. Bu ilin yazında isə Solomon Manaşirova qarşı cinayət işi qaldırlıb. Lakin o daha cəld tərpənərək Rusiyadan qaçıb.

Belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdür. Rusiya biznes mediası bir müddət əvvəl "Columbus" ticarət mərkəzinin satışa çıxarıldığını yazmışdı. Görünür, kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir.

KİV-lər yazırlar ki, sahibləri "Columbus" ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa "Morgan Stanley" bankı maraq göstərir. Lakin "Kommersant" xəbər verib ki, "Columbus"u almaq istəyən başqaları da var. Bunlar Qırmızı qəsəbədən olan digər yəhudi oliqarxlar - Qod Nisanov və Zarah İliyev, habelə onların ayrılmaz ortaqları, prezident Putinin tələbəlik dostu İlham Rəhimovdur.

Nisanov, İliyev və Rəhimov da Moskvanın daşınmaz əmlak kralları siyahısındadır, onların çoxsaylı obyektləri var. Bura ticarət mərkəzləri, otel, bazarlar və digərləri daxildir. İstisna edilmir ki, bu "üçlük" Kremldəki güclü əlaqələri sayəsində Manaşirov qardaşlarının obyektlərini ucuz qiymətə ələ keçirməyə çalışır.

Bu ilin iyul ayında kriminal aləmin "kralı" hesab olunan "Şakro Molodoy" həbs olunanda Manaşirovların işinə daha bir epizod əlavə olundu. Məlum oldu ki, "Şakro Molodoy" Manaşirov qardaşlarının mütəşəkkil qruplaşmasının güc qanadını təşkil edir.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri "Şakro Molodoy"un Roman və Solomon Manaşirov qardaşlarına "krışalıq" etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.

FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri "Şakro Molodoy"la əlbir olub. Öz növbəsində "Şakro Molodoy" Moskvadakı "Şirvan qruplaşması"nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların "krışası" və bir növ güc qanadı idi.

Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. "DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunurdu, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edirdi, sonra Manaşirovlar onlarla əlaqəyə girirdi və kömək təklif edirdi. Problemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar", - FTX-dəki mənbə deyib.

Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa işə "Şakro" qarışırdı.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mercedes" 12 yaşlı velosipedçini vurdu - Sabirabadda

21 İyul 2017 20:49

Şamaxı yolu çökdü - VİDEO

21 İyul 2017 20:47

Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO

21 İyul 2017 20:42

Polis və nəqliyyat müfəttişləri reyd keçirib - VİDEO

21 İyul 2017 20:37

Yıldız Tilbe "O Səs Türkiyə"də olacaq?

21 İyul 2017 20:35

"Ağ ev"də GÖZLƏNİLMƏZ İSTEFA

21 İyul 2017 20:33

Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfərə gəlib

21 İyul 2017 20:32

Şon Spayser Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib

21 İyul 2017 20:32

"Zəlzələ gündüz olsaydı, indi dənizdən cəsəd toplayırdıq" - Qorxunc iddia

21 İyul 2017 20:32

İstanbulda Türkiyə ilə Azərbaycan arasında işgüzar əlaqələr müzakirə olunub

21 İyul 2017 20:27

İnvestorlar qlobal maliyyə bazarları üçün əsas təhlükəni açıqlayıblar

21 İyul 2017 20:27

Venesuelada kütləvi etirazlarda 100 nəfər ölüb

21 İyul 2017 20:27

790 min dollara aldığı evi iki qatından da baha satır - FOTO

21 İyul 2017 20:22

Prezident İlham Əliyev Rusiyaya səfər edib

21 İyul 2017 20:22

Mingəçevirdə QƏZA: Sürücü avtomobili maneələrə çırpdı

21 İyul 2017 20:18

Bakıda dənizdə batan iki nəfər xilas edilib

21 İyul 2017 20:17

Azərbaycan prezidenti Rusiyada səfərdədir

21 İyul 2017 20:14

Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir

21 İyul 2017 20:12

ADU-nun rektoru KİV təmsilçiləri ilə görüşüb

21 İyul 2017 20:12

"Yuve"dən 40 milyonluq transfer

21 İyul 2017 20:12

Bizim Hamletlər

21 İyul 2017 20:05

Rusiyanın “TROYA ATI”, birinci MƏQSƏD ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 İyul 2017 20:03

Rusiya yaxın 3 ildə elektromobillərin istehsalda payını 17%-ə çatdıracaq

21 İyul 2017 20:02

Məşhurları bir də makiyajsız görün - FOTO

21 İyul 2017 19:57

"Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır"

21 İyul 2017 19:54

Menyer xəstəliyinə daha çox qadınlar arasında rast gəlinir

21 İyul 2017 19:52

Almaniya da eynicinslilərin nikahını leqallaşdırdı

21 İyul 2017 19:48

Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 28% artıb

21 İyul 2017 19:47

3-cü dəfə ana olacaq - FOTO

21 İyul 2017 19:47

Dəniz kənarında hava və su vannası üçün ən yaxşı vaxt

21 İyul 2017 19:42

Yüzdən çox qovaq ağac kəsdilər

21 İyul 2017 19:38

40 kiloqram arıqladıqdan sonra döyməsini göstərdi - FOTO

21 İyul 2017 19:37

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyəti müzakirə olunub

21 İyul 2017 19:37

Qurban Qurbanov “Şerif”i dəyərləndirdi

21 İyul 2017 19:34

Ədliyyə Nazirliyinin 20 əməkdaşı məsuliyyətə cəlb olunub -

21 İyul 2017 19:34

Həyatınızı dəyişdirən KARMA QANUNLARI

21 İyul 2017 19:33

Çində qum heykəllərdən ibarət park yaradılır - FOTO

21 İyul 2017 19:32

Təmiz zeytun yağını necə tanıyaq? - ÜSULLAR

21 İyul 2017 19:27

Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb

21 İyul 2017 19:27

AFFA bu komandanı Bakıya 700 min avroya gətirib

21 İyul 2017 19:27

Zamiq ayrıldığı prodüseri ilə yenidən bir arada - FOTO

21 İyul 2017 19:27

İqtisadiyyat naziri Xırdalanda vətəndaşlarla görüşüb

21 İyul 2017 19:22

"Prezidentin jurnalistlərlə görüşü mühüm hadisədir" - Əflatun Amaşov

21 İyul 2017 19:19

Ədliyyə Nazirliyində BÖYÜK "ƏMƏLİYYAT": 20 əməkdaş məsuliyyətə cəlb olundu

21 İyul 2017 19:18

“Dərman fabriklərinə qoyulacaq sərmayənin həcmi 100 milyon dollara bərabərdir”

21 İyul 2017 19:16

“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır” - Prezident

21 İyul 2017 19:14

""Real"da rəqabətdən deyil, başqa şeylərdən qorxmaq lazımdır"

21 İyul 2017 19:12

7 nəfər Ədliyyə Nazirliyində vəzifəsindən azad edilib

21 İyul 2017 19:09

Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

21 İyul 2017 19:07

Gürcüstanda bu il iqtisadi artımı 4%-i üstələyəcək

21 İyul 2017 19:07