"PSJ və "Barselona"ya minnətdaram"

"PSJ və "Barselona"ya minnətdaram"
13:12 8 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

"Borussiya Dortmund"un müdafiəçisi Rafael Qerreyro "Barselona" və PSJ-dən də təklif aldığını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu müntəzəm oynamaq istəyinin qərar qəbul etməyində həlledici olduğunu deyib.

""Barselona"ya "yox" demək çətin qərar idi. Amma "Borussiya" məni yola gətirə bildi. İnkişafa davam etmək üçün bu mövsüm müntəzəm oynamalıyam. Almaniyada işlərim qaydasında gedir. Bir il öncə PSJ-dən təklif almışdım, amma "Lorient"da qalmaq qərarına gəldim. Tez-tez meydana çıxmaq istəyirdim. Bu qərar AVRO-2016-da qalib olan Portuqaliya millisinin bir hissəsi olmağıma imkan verdi. Mənə göstərdikləri marağa görə PSJ və "Barselona"ya minnətdaram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR