Qəzada ölən ərəblərin meyitləri ölkələrinə təhvil veriləcək

Qəzada ölən ərəblərin meyitləri ölkələrinə təhvil veriləcək
13:14 8 Noyabr 2016
116 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yol-nəqliyyat hadisəsində ölən ərəblərlə bağlı yeni faktlar açıqlanıb.

 

İordaniya səfirliyindən APA-ya verilən məlumata görə, qəzada ölən kişi Birləşmiş Ərəb Əmirliklərinin, qadın isə İordaniyanın vətəndaşı olub. Onlar ər-arvad olmayıblar. Hər iki şəxs turist kimi Azərbaycana gəlib və burada tanış olublar. Yol-nəqliyyat hadisəsi də onlar gəzməyə gedərkən baş verib.

 

Səfirlikdən həmçinin bildirilib ki, hazırda ölən şəxslərin meyitlərinin ölkələrinə göndərilməsi üçün müvafiq sənədləşmə işləri həyata keçirilir.

 

Qeyd edək ki, məlum hadisə noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR