Ankara NATO-ya arxa çevirdi: Putinlə-Ərdoğan...

Ankara NATO-ya arxa çevirdi: Putinlə-Ərdoğan...
13:23 8 Noyabr 2016
132 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə bütün əlaqədar ölkələrlə, həmçinin Rusiya ilə raket əleyhinə müdafiə sisteminin milli layihəsinin yaradılması üzrə mümkün əməkdaşlığı müzakirə etməyə hazırdır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi məsələləri üzrə katibi İsmayıl Dəmir bildirib.

“Türkiyə Rusiya da daxil olmaqla bütün tərəflərlə raket əleyhinə müdafiə sisteminin milli layihəsinin yaradılması üzrə müzakirələr aparmaq niyyətindədir”, - deyə o, Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“İnterfaks” xəbər agentliyinə danışan Rusiyanın Federal Hərbi və Texniki Əməkdaşlıq Dairəsinin başçısı Aleksandr Fomin isə bildirib ki, Moskva və Ankara ilin sonuna kimi hərbi-texniki əməkdaşlıq mövzusunda hökümətlərarası komissiya yaradacaq. O, komissiyanın gündəm mövzusunun raket əleyhinə müdafiə sistemi olacağını deyib.

Daha əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, Rusiya və Türkiyə raket əleyhinə müdafiə sisteminin milli layihəsinin yaradılması üzrə mümkün əməkdaşlığının detallarını işləyəcək. Bu məsələ oktyabrın 10-da Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı görüşündə müzakirə edilib.

Türkiyədə raket əleyhinə milli sistem üçün komponentlərin alınması tenderi 2009-cu ildə elan edilib. Tenderin dəyəri 4 milyard dollar müəyyən edilmişdi. 2013-cü ilin sentyabrında 3,4 milyard dollar qiymət təklif edən Çinin CPMIEC şirkəti qalib elan edilib. Çin şirkətindən başqa, öz təkliflərini Amerikanın “Raytheon & Lockheed Martin” konsorsiumu, Rusiyanın “Rosoboroneksport” və “Eurocam” (Fransa-İtaliya konserni) irəli sürüblər.

Ancaq tərəflər layihədə Türkiyənin iştirakının dərəcəsi ilə bağlı son razılığa gələ bilməyib. Bundan başqa, Çinin qələbəsi Türkiyənin NATO üzrə müttəfiqləri tərəfindən narazılıqla qarşılandı. Nəticədə, 2015-ci ilin noyabrında Türkiyə tenderi rəsmən ləğv edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR