Erməni deputatların maaşı kəsildi - 30 min dollar

Erməni deputatların maaşı kəsildi - 30 min dollar
13:27 8 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda Milli Məclisin (parlamentin) iclasına gəlməyən deputatların maaşından təxminən 30 min dollar kəsilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Joxovurd" qəzeti yayıb. 

Nəşrin məlumatına görə, daxili müqavimətlər nəticəsində uzun müddət siyasi səhnədən yoxa çıxmış "Çiçəklənən Ermənistan" partiyasından deputat Abram Manukyan 120 min dram (250 dollar) cərimə olunub. Bir neçə aydır ABŞ-da yaşayan deputat Artur Qevorkyan isə təxminən 1,2 milyon dram (2,5 min dollar) cərimələnib.

Nəşrin "deputatların maaşlarından saxlanılan vəsaitin aqibəti necə olacaq?" sualına cavabında parlamentin Aparat rəhbəri Qrayr Tovmasyan bildirib ki, vəsait qanunverici orqanın məvacib fondunda saxlanılacaq.

Qəzet iddia edir ki, bununla yanaşı, bəzi deputatlar növbədənkənar işinə görə qanunverici orqandan mükafat tələb edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR