İran Teleradio Təşkilatının rəhbəri Azərbaycana səfər edəcək - FOTO

İran Teleradio Təşkilatının rəhbəri Azərbaycana səfər edəcək - FOTO
13:37 8 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə görüş keçirib.

Milli.Az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan radiosunun 90 və televiziyasının 60 illik yubileyi ilə əlaqədar keçirilən görüşdə C.Cahangirzadə İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Əmir Kərəmini MTRŞ sədri ilə tanış edib.

Görüşdə iki ölkə arasında teleradio sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

N.Məhərrəmli görüş zamanı İran Teleradio Təşkilatının rəhbəri Əbdül Əli Əsgərini Bakıya dəvət edib. Dəvət Ə.Kərəmi tərəfindən qəbul olunub. Ə.Əsgərinin 2017-ci ilin yaz aylarında Bakıya səfər edəcəyi gözlənilir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR