Mosulda İŞİD həbsxanaları - FOTO

Mosulda İŞİD həbsxanaları - FOTO
13:47 8 Noyabr 2016
236 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının həbsxanaları aşkar edilib.

Milli.Az bildirir ki, bu barədə Trend "Haber 7" qəzetinə istinadən məlumat verir.

Hazırda həbsxanalarda yalnız məhkumlardan qalan paltarlar var.

"Reuters" agentliyi həmin həbsxanaların fotolarını yayıb.

Qeyd edək ki, bundan əvvəl Mosuldan 15 km cənubdakı Hammam Alil bölgəsində aşkar edilən məzarlıqda təxminən yüz nəfərin cəsədi tapılıb. Cəsədlərin mülki şəxslərə aid olduğu bildirilir.

Koalisiya qüvvələrinin sözçüsü Con Dorrian indi Mosulda 3-4 min İŞİD-çinin olduğunu deyib.

Xatırladaq ki, İraqın ən böyük ikinci şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyatlar artıq üç həftədir davam edir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR