Obama FTB direktorunu işdən qovacaq

Obama FTB direktorunu işdən qovacaq
13:52 8 Noyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın "The Daily Mail" qəzeti ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Kominin seçkidən sonra işdən qovulacağını yazır. Qəzetin Ağ evdəki mənbədən aldığı məlumata görə, prezident Obama müşaviri Valerie Jarrettlə uzun-uzadı müzakirələrdən sonra bu qərarı verib.

Prezidenti qəzəbləndirən FTB direktorunun Hillari Klintonun e-mail-ləri ilə bağlı araşdırmanı yeniləməsi olub. Oktyabrın sonu Ceyms Komi demokratların namizədi Hillari Klintonun dövlət katibi olduğu zamanlarda şəxsi e-mail-indən dövlət əhəmiyyətli yazışmalarda istifadəsiylə bağlı araşdırma aparıldığını elan etmişdi. Onun bu açıqlaması Klintonu sorğularda rəqibi Donald Trampdan geri salmış, seçki kampaniyasının istiqamətini gözlənilmədən dəyişmişdi.

Lakin seçkiyə cəmi 2 gün qalmış FTB direktoru yenə də gözlənilmədən araşdırmanın başa çatdığını, Klintona cinayət işi açılmayacağını bəyan etdi. Buna baxmayaraq, Obama administrasiyası FTB direktorunu cəzalandırmaq qərarına gəlib. Milli.Az virtualaz-a istinadən bildirir ki, "The Daily Mail"in yazdığına görə, B.Obama öncə Ceyms Komiyə qarşı sərt addım atmaq niyyətində olmayıb, çünki ədalətə əngəl olmaqda suçlanmaqdan çəkinib. Amma baş müşaviri Valerie Jarrettin davamlı təkidlərindən sonra prezident qərarını verib.

Ağ evdəki mənbənin bildirməsinə görə, V.Jarrett prezidenti inandırıb ki, seçki kampaniyasına düşünülməmiş və yersiz müdaxilə edən FTB direktorunu cəzalandırmaq onun səlahiyyətlərinə daxildir. V.Jarrett bildirib ki, Konqresdə prezidentin bu qərarını hər iki tərəf dəstəkləyəcək, çünki Kominin açıqlaması həm respublikaçılara, həm də demokratlara mənfi təsir edib. Ağ evin hüquq məsləhətçisi də V.Jarrettlə razılaşandan sonra B.Obama müşavirlərinə FTB direktorunun işdən azad olunması planının hazırlanması barədə göstəriş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR