Qriqorçuka 1, AZAL-ın futbolçusuna 2 oyunluq cəza

Qriqorçuka 1,  AZAL-ın futbolçusuna 2 oyunluq cəza
13:57 8 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+


AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasının XI turunda baş verənlərlə bağlı müvafiq qərarlar qəbul olunub.


Fanat.Az xəbər verir ki, “Neftçi” – “İnter” matçında qonaqların futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. .

AZAL – “Qəbələ” görüşündə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.


Oyunun 14-cü dəqiqəsində “Qəbələ”ninbaş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimələnir.


İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edir:

Oyunun 11-ci dəqiqəsində AZAL-ın futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanır, kluba 1600 manat cərimə kəsilir.


“Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində meydan sahiblərinini futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat ziyana salıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qriqorcuka-1-azal-n-futbolcusuna-2-oyunluq-cza-t54001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR