Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Zirə”nin futbolçusunun cəzası azaldıldı

“Zirə”nin futbolçusunun cəzası azaldıldı

Date: 8 November 2016 14:07


“Zirə” PFK klubu Apellyasiya Arbitraj Tribunalına müraciət edərək əvəzedici heyətlərin IX turunun AZAL  – “Zirə”  matçında “Zirə”  klubunun futbolçusu Əmrah Əliyevə göstərilmiş qırmızı vərəqəyə yenidən baxılmasını xahiş etmişdir.


Fanat.Az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunası bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət etmişdir.


İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

İntizam Komitəsinin 11 №-li protokoluna əsasən əvəzedici heyətlərin IX turunun AZAL  – “Zirə”  matçında “Zirə”  klubunun futbolçusu Əmrah Əliyevə verilmiş 4 oyunluq cəza 2 oyunluq şərti  cəza kimi tətbiq edilir və futbolçuya 6 ay sınaq müddətə verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.  


Fanat.Az



Tags:  Zirənin futbolçusunun cəzası azaldıldı

RƏYLƏR


Top news