Xəzərdə neftçi itkin düşüb

Xəzərdə neftçi itkin düşüb
14:09 8 Noyabr 2016
93 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən "APA-Economics"ə verilən məlumata görə, hadisənin təfərrüatları hazırda araşdırılır.


BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib.

 

Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.

 

Əlavə suallar üçün aşağıdakı telefon nömrəsi vasitəsilə BP-nin mətbuat xidməti ilə əlaqə saxlamaq olar: (+994 55) 422 34 69


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR