Xəzərdə neftçi itkin düşüb

Xəzərdə neftçi itkin düşüb
14:12 8 Noyabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzərdə Dərinsulu Günəşli (DSG) platformasında insan itkin düşüb.

Milli.Az bildirir ki, Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən Trend-ə verilən məlumatına görə, DSG platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşüb.

Hadisənin təfərrüatları hazırda araşdırılır.

BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib.

Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıblar. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.

Əlavə suallar üçün aşağıdakı telefon nömrəsi vasitəsilə BP-nin mətbuat xidməti ilə əlaqə saxlamaq olar: (+994 55) 422 34 69

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR