"Bu suala cavab verə bilsəm, yəqin ki, mənə Nobel mükafatı verərlər"

"Bu suala cavab verə bilsəm, yəqin ki, mənə Nobel mükafatı verərlər"
14:57 8 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Nobel mükafatı laureatı Aziz Sancar Bakı Dövlət Universitetində olub (FOTO) (13 İyun 2017 17:55)
Nobel mükafatlı Aziz Sancar BDU-da (13 İyun 2017 17:53)
"Mən Nobel mükafatı alanda bütün türk dünyası sevinc içində idi" (12 İyun 2017 14:27)

Azərbaycan Tibb Universetinin (ATU) rektoru, Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli modern.az saytının suallarını cavablandırıb.

Milli.Az onunla müsahibəni təqdim edir:

-Gəray müəllim, Tibb Universitetinə rektor təyin olundunuz. Hansı yeniliklər var?

- Tibb Universiteti həmişə ölkənin qabaqcıl universitetlərindən biri olub və indi də belədir. ATU-nun hazırladığı tələbələr bu gün bir çox tibb müəssisələrində həkim kimi çalışır və əhaliyə yardım göstərir. Lakin hesab edirəm ki, universitetə yeni rəhbərin gəlişi ilə hansısa köklü dəyişiklik, inqilabi dəyişiklik gözləmək düzgün deyil. Bu günə qədər olan mövcud iş, mövcud istiqamətlər daha da genişləndirilməli, dərinləşdirilməlidir.
 
Rektor təyin olunduqdan sonra ilk əvvəl bir çox istiqamətlərdə olan işin monitorinqini apardım. Məsələn, tədris, elm, tələbələrin asudə vaxtının istifadəsi, yataqxanalardakı şərait. Bu monitorinqdən sonra konkret iş planı yaradıldı və həmin istiqamətdə öz fəaliyyətimizə başladıq.
 
Bu gün istər təhsilə, istər səhiyyəyə qarşı əsas tələblər odur ki, bu sahələr dünya standartlarına, inkişaf etmiş ölkələr səviyyəsində uyğun olsun. Ümumilikdə, mən bu aylarda bir çox beynəlxalq işlərə imza atmışam. Bir çox universitetlərdə olmuşam, həmçinin onların  nümayəndələrini qəbul etmişəm. Həm birgə elmi araşdırma və tədqiqatların aparılması, həm də tələbə mübadiləsinə nail olmaq, rezidentlərin digər ölkələrdə rotasiyasının  keçməsini təmin etmək istəyirik. Xarici ölkələrin proqramlarına əsasən bizim proqramlarda yeniliklər etmək, yeni tədris metodlarının tətbiqinə nail olmaq arzusundayıq.
 
-Siz gəldiniz və bəzi kadr dəyişikliyi etdiniz. Belə iddialar var ki, apardığınız kadr islahatları birmənalı qarşılanmayıb...

-Sözün düzü, bunun birmənalı qarşılanmaması haqqında bir məlumatım yoxdur. Lakin fikrimcə,  kadr dəyişikliyi əsasən iki səbəbdən ola bilər: ya insan pis işləyəndə onu dəyişirlər, ya da planlı şəkildə rotasiyaya uyğun olaraq kadr dəyişikliyi aparılır. Mən çox şadam ki, dəyişdirilmiş kadrların əksəriyyəti işində dərin nöqsan olduğuna görə yox, sadəcə olaraq, yeni bir fikir, yeni bir istiqamət yaratmaq üçün rotasiya olunub. Hansısa kadrların yerlərinin dəyişdirilməsi təbii qarşılanmalıdır.
 
-Hazırda universitetdə nə qədər xarici tələbə təhsil alır? Onlar əsasən hansı ölkələrdəndir?

-İndi ATU-da 1696 nəfər xarici tələbə təhsil alır. Bunlardan 686 nəfər hazırlıq kursunda, 34 nəfər rezidenturada, 5 nəfər isə magistratura şöbəsində təhsil alır.  
Xarici ölkələr sırasına Türkiyə, İran, Suriya, İsrail, Fələstin, İordaniya, İraq, Pakistan, Sudan,
Rusiya, Yəmən, Amerika, Əfqanıstan, Kanada, Misir, Böyük Britaniya daxildir.
 
-Siz  rektor təyin olunandan sonra universitetdən nə qədər tələbə xaric olunub? Və hansı səbəblərə görə? 

-Hazırda dəqiq rəqəm yadımda deyil. Onu deyə bilərəm ki, 18 nəfər xarici tələbə keçən tədris ilinin sonunda ATU-dan xaric olunub. Çünki universitetlə olan müqavilənin bir neçə bəndini pozublar və il ərzində təhsil haqqını ödəyə bilməyiblər. Halbuki, təhsil haqqı semestr  başlanandan sonrakı bir ay ərzində ödənməlidir. Biz bir il gözləsək də, təhsil haqqı ödənilməyib. Digər tərəfdən, yayda, yeni tədris ilinin başlanğıcı ərəfəsində 20-yə yaxın tələbə öz xahişi ilə xarici ölkələrdə təhsil almaq məqsədilə universitetdən uzaqlaşıblar.
 
 
-Tibb Universitetinin diplomlarının xaricdə tanınması məsələsində hər hansı bir problem yoxdur ki?

-ATU-nun diplomunu tanıyan ölkələrin sayı ildən-ilə artır. Bu il həmin ölkələrin sırasına İraq da daxil oldu. İraqın Azərbaycandakı səfiri mənimlə görüşündə bu xəbəri bizimlə bölüşmüşdü.
 
-Universitetin beynəlxalq əlaqələrində, tələbə mübadiləsində hansı yeni addımlar atılacaq? 

-Bu il bizə sözün əsl mənasında xarici tələbə axını var. Bu il hazırlıq şöbəmizə 600-dən artıq tələbə qəbul olunub. Bu, əvvəlki illərə baxanda, ən azı 2-3 dəfə artım deməkdir. Bu, bir tərəfdən  bizim üçün sevindirici haldır. Bu hal universitetinin nüfuzunun, reytinqinin artmasının göstəricisidir. Digər tərəfdən, bu, professor-müəllim heyəti üçün əlavə məsuliyyətdir. Belə hal ATU-da ingilis dilini bilən müəllimlərinin sayının artırılmasını zəruri edir. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində istərdim ki, bura təkcə xarici tələbələr yox, həm də xarici ölkə universitetlərinin müəllimləri, həkimləri, mütəxəssisləri gəlib dərs desinlər, tələbələrin iştirakı ilə hansısa bir əməliyyatı icra etsinlər.
 
-Heç hansısa müəllim rüşvətə görə işindən çıxarılıbmı? 

-İndiyədək belə fakt aşkar olunmayıb. Hesab edirəm ki, bu, hüquq-mühafizə orqanlarının funksiyasıdır. Mən onu dəqiq deyə bilərəm ki, əgər belə bir faktın olduğunu sübut edən dəlillər aşkarlasam, dərhal, heç xəbərdarlıq da etmədən özüm hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.
 
-Məşhur aktyor, korifey sənətkar Ağasadıq Gəraybəylinin nəvəsisiniz. Ailənizdə, qohumlarınızda kimsə aktyorluq ənənələrini davam etdirirmi? 

-Təəssüf ki, yox.
 
-Baş psixiatrsınız. Mən bildiyimə görə, dünyada belə bir standart qəbul olunub ki, hər ölkə əhalisinin 1 faizi şizofreniyadan əziyyət çəkir. Azərbaycanda dəqiq say varmı?

-Yəqin ki, Dövlət Statistika Komitəsində belə bir rəqəm var. Lakin onu  da deyim ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi hesabatlarına görə, əhalinin təxminən 1 faizində şizofreniya kimi xroniki xəstəliklərə rast gəlinir.
 
-Ümumiyyətlə, psixi xəstəliklərin yaranmasının səbəbləri nədir? Mühitin təsiri və xarici amillər məsələsinə toxunmanızı istəməzdim. Mümkünsə, konkret insan şüur və təbiətindəki vərdişlərdə yaranan disbalansın şüuraltı səbəblərindən danışasınız. 

-Bu suala cavab verə bilsəm, yəqin ki, mənə Nobel mükafatı verərlər. 
 
-Azərbaycanda psixi xəstəliklərdən hansılar dominantlıq təşkil edir? Şizofreniyanı çıxmaq şərti ilə hansını tam sağaltmaq mümkündür? Belə bir təcrübə varmı? 

-Müxtəlif növ depressiyalar, affektiv pozuntular və stresslə bağlı olan pozuntular.
 
-Psixiatrlardan ən çox hansının izahları sizi qane edir? Freyd, Bexterev, Otto Rank, Karl Yunq, yoxsa tamamilə başqa biri? Yeri gəlmişkən, Freydin izahları birmənalı qarşılanmır... 

-Bunların hər birinin müxtəlif istiqamətlərdə izahatı var. Yalnız Karl Yunq Freydizmin daha da inkişaf etmiş nəzəriyyəsini irəli sürüb ki, buna da neofreydizm deyirlər. Digərləri isə müxtəlif məktəblərə baxır. Burada əsas məsələ söhbətin psixiatriyanın hansı sahəsindən getməsindən asılıdır. Məsələn, əgər insanın davranışında isteriya kimi pozuntular, instinktiv sferada olan pozuntular müşahidə olunursa, o zaman təbii ki, Freydin nəzəriyyəsi bu gün psixoanalitik nəzəriyyə olaraq, bir çox ölkələrdə dominant nəzəriyyə kimi qəbul olunur.
 
 
-Gəray müəllim, Azərbaycan tibb təhsili kifayət qədər peşəkar psixiatr yetişdirə bilirmi? Söhbət, müasir dövrdən gedir. Mən demək istəyirəm ki, yəni bu sahədə xarici mütəxəssisə heç ehtiyac olmasın. 

-Çox sevindirici haldır ki, bir neçə il əvvələ nəzər yetirdikdə, bu gün  həqiqətən də dəyişikliklər var. Bir neçə il bundan əvvəl psixiatriya sahəsinə gələn tələbələrin sayı çox az idi. İstər internatura dövründə, istərsə də rezidenturada. Məsələn,  rezidenturanın ilk ilində psixiatriya üzrə 1 nəfər olub, bu il isə bu say 10-12 arasıdır. Bu, gənc həkimlərin psixiatriyaya marağının artmasını göstərir. Hesab edirəm ki, Azərbaycanda psixiatriya məktəbi kifayət qədər ənənəsi olan bir məktəbdir. Professor  Ozeretskovskidən başlamış, professor Abbasquliyev, professor Ağabəy Sultanov kimi korifeylərimiz olub. Onların əməyi bu gün də öz təsirini göstərməkdə, öz bəhrəsini verməkdədir.
 
-Azərbaycanda tibb sahəsində ciddi problemlərin olduğu, həkimlərin səhlənkarlığı barədə məlumatlar çox yayılır. Bu, sizdə hansı reaksiya yaradır? 

-Mən həkiməm və təbii ki, bu sahəyə aid olan nöqsanları eşidəndə mənə xoş olmur. Lakin bir məsələ var ki, hər bir sahədə səhvlər ola bilər və olur. Bu yaxınlarda mətbuatda digər inkişaf etmiş ölkələr - Almaniya, İngiltərə, Kanadada həkimlərin səhvləri ucbatından xəstələrin halının pisləşməsi statistikası verilmişdi və kifayət qədər ciddi rəqəmlər idi. Halbuki, biz bu ölkələrin təhsil sistemini bəyənirik. Bu da onu göstərir ki, təbabət o qədər zəngin və çətin bir fənndir ki, hər bir dəqiqə gözlənilməz nəsə baş verə bilər. Bəli, mən hesab edirəm ki, hər bir elm sahəsində səhv ola bilər. O cümlədən, tibb sahəsində. Çalışmaq lazımdır ki, səhvlər azaldılsın. Çünki bizdə hər bir səhv bilavasitə insan həyatı ilə bağlıdır.
 
Lakin onu da etiraf edək ki, hansısa məsələni şişirtmək, qabartmaq, hansısa bir həkimi haqsızlıqla nüfuzdan salınması düzgün deyil. Yadınızdadırsa, bir neçə il bundan əvvəl bir çox xəstələrimiz İrana gedirdi, bu, daha sərfəli və inamlı yol idi. İndi bu dalğa çox azalıb. İndi xəstələrimiz gedib görürlər ki, bizim həkimlərimizin texnologiyası onlardan da üstündür. Şükür olsun ki, bizim müasir tibb müəssisələrimizdə hamının həsəd apardığı avadanlıqlar var. Biz bu işi daha da mükəmməlləşdirməliyik, əlimizdən gələni etməliyik ki, tibb sahəsindəki yeni gənc mütəxəssislərimiz xaricdəkilərdən geridə qalmasın. İndi də elə savadlı, peşəkar, gündə yüzlərlə xəstəyə kömək edən, xeyir verən mütəxəssislərimiz var ki, adları heç yerdə çəkilmir. Bunu danmaq olmaz.
 
-Digər universitetləri rektorları ilə münasibətləriniz necədir? Ən çox hansı ilə yaxınsınız? 

-Bu  6 ayda bütün universitet rektorları ilə görüşüb, tanış olmuşam. Onlar arasında çox təcrübəli insanlar, həm də gənc rektorlar var. Hamısından da xoş münasibət və yardım görmüşəm. Fürsətdən istifadə edərək onların hər birinə öz minnətdarlığımı bildirirəm. 
 
-ATU-nun Tədris Terapevtik Klinikası, Tədris Cərrahiyyə Klinikası və Onkoloji Klinikasında qiymətlər elə də ucuz deyil. Hər halda orada müalicə alanların dediklərindən belə bir qənaət yaranır. Olmazmı, qiymətlər bir az aşağı salınsın? 

-Mövcud qiymət siyasəti elədir ki, hansısa müəssisə tərəfindən təyin oluna bilməz və istənilən qiymət də qoymaq olmaz. Mən ilk aylarda bununla bağlı şikayətlər eşitmişdim. Və maliyyə məsələləri ilə məşğul olan insanlara tapşırmışdım ki, qiymətlərin monitorinqini aparsınlar. Klinikalarımızda olan qiymətlər 7 digər klinikanın qiymətləri ilə müqayisə olundu. Monitorinqin nəticələrindən belə bəlli oldu ki, bizdəki qiymətlər 4 klinikadakından aşağı, digər 3-ü ilə eyni səviyyədədir. Elə bir klinika olmadı ki, bizdəki qiymətlər o klinikalardan baha olsun.
İkincisi, bilirsiniz ki, hansısa bir qiymət səbəbsiz formalaşmır. Həm avadanlıq, həm təchizat, həm istifadə olunan dərmanlar, həm həkim əməyi düşünülür. Hər halda, biz bu qiymət siyasətini bir siyasət kimi qəbul etmirik. Çünki mən klinikaların rəhbərlərinə tapşırmışam ki, güzəşt qrupları - güzəşt şərtləri yaradılsın. Hansı əhali kateqoriyasına daxil olanlara güzəşt ola biləcəyi müəyyənləşdiriləcək.
 
-Bu klininakalara əsasən hansı ölkələrdən həkimlər cəlb olunur? 

- Hazırda bizdə işləyən həkimlərin hamısı öz həkimlərimizdir. Onlar arasında Türkiyədə, xaricdə təhsil almış həkimlər var, lakin xarici vətəndaş yoxdur.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkan Şorayın SARAY kimi evi - FOTO

26 İyun 2017 13:23

Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

26 İyun 2017 13:22

"Mladost" - "İnter" matçının hakimləri müəyyənləşib

26 İyun 2017 13:22

Belarus Rusiyadan "İsgəndər" ala bilər

26 İyun 2017 13:22

Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

26 İyun 2017 13:13

KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

26 İyun 2017 13:12

Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

26 İyun 2017 13:12

Sabah 38 dərəcə isti olacaq

26 İyun 2017 13:11

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26 İyun 2017 13:07

Premyer Liqada böyük transfer: Ver Serxionu, al Aleksi

26 İyun 2017 13:07

Millimizin futbolçusunun baş məşqçisi erməni oldu

26 İyun 2017 13:05

Tramp 20 illik Ramazan ənənəsini pozdu

26 İyun 2017 13:05

Havalar kəskin isinir

26 İyun 2017 13:04

Bayram günü ACI XƏBƏR GƏLDİ - 1 şəhid, 1 yaralı

26 İyun 2017 13:03

"Formula 1"-lə əlaqədar bağlanan küçələri bu axşam açılır

26 İyun 2017 12:59

Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

26 İyun 2017 12:52

Rusiyalı cazibədar model Bakı bulvarında - FOTO

26 İyun 2017 12:52

Ölkə çempionatının ən seksual voleybolçusu seçildi - FOTOSESSİYA

26 İyun 2017 12:49

Telefondan narkotik vasitə çıxdı

26 İyun 2017 12:45

Model qızın ölümündə günahlandırılan həkim haqqında İLGİNC FAKTLAR - FOTO

26 İyun 2017 12:42

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

26 İyun 2017 12:39

Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib

26 İyun 2017 12:37

"Yol terroru" iki gündə beş can aldı

26 İyun 2017 12:36

Ermənistanın dövlət büdcəsinin kəsiri 5,5 faizədək artıb

26 İyun 2017 12:36

Avtomobil ana və qızını vurdu

26 İyun 2017 12:36

Sabah hava NECƏ OLACAQ?

26 İyun 2017 12:28

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

26 İyun 2017 12:27

Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var

26 İyun 2017 12:22

Gənc qadın dərmandan zəhərləndi

26 İyun 2017 12:22

Sabah 38 dərəcəyə qədər isti olacaq

26 İyun 2017 12:22

Bakıda 22 yaşlı model əməliyyat zamanı öldü

26 İyun 2017 12:22

Ana-bala qəzaya düşüb: qız öldü

26 İyun 2017 12:19

Trampdan GÖZLƏNİLMƏZ ADDIM: müsəlmanlarla bağlı 20 illik ənənəyə SON QOYDU

26 İyun 2017 12:18

Araz çayında boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb

26 İyun 2017 12:17

Azərbaycan bayrağı ayaqlar altına səriləcək? - FOTO

26 İyun 2017 12:17

Bakı sakinindən tapança götürüldü

26 İyun 2017 12:16

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb (FOTO

26 İyun 2017 12:15

3 gün əvvəl çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

26 İyun 2017 12:14

İlahi, bu adamların arasında mənim nə işim var?

26 İyun 2017 12:12

“Qarabağ” doqquzuncu günü tamamladı...

26 İyun 2017 12:11

“Supermodel Azerbaijan” beynəlxalq müsabiqəsinə sənəd qəbulu başlandı

26 İyun 2017 12:09

Bakıda əvvəllər məhkum olunan şəxsdən tapança götürülüb

26 İyun 2017 12:07

Mourinyoya ağır itki

26 İyun 2017 12:05

Həyat yoldaşı aparacı Turandan elə SÖZLƏR YAZDI Kİ... - FOTO

26 İyun 2017 12:03

Bakı sakinindən tapança götürülüb

26 İyun 2017 12:01

Bakıda hərbi orkestrlərin çıxış edəcəkləri yerlər açıqlanıb

26 İyun 2017 11:57

Bakıda tanışını bıçaqla qətlə yetirən şəxs tutulub

26 İyun 2017 11:57

İzmirdə bir ayda 2-ci zəlzələ

26 İyun 2017 11:57

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağırdır

26 İyun 2017 11:53

Qubada avtomobil ana və qızını vurub, onlardan biri ölüb

26 İyun 2017 11:52