Sevgilisi tərəfindən ölümcül döyülən qadının görüntüləri yayıldı - VİDEO

Sevgilisi tərəfindən ölümcül döyülən qadının görüntüləri yayıldı - VİDEO
15:03 8 Noyabr 2016
308 Ölkə
Ölkə mətbuatı
A- A+

Sevgilisi tərəfindən ölümcül döyülən qadının görüntüləri yayılıb.

Məcburi köçkün Məzahir Fərzəliyev qeyri-rəsmi nikahda olduğu Almaz Əhmədovanı qısqanclıq zəmnində döyərək ağır xəsarətlər yetirib.

Zərərçəkən Almaz Əhmədova: “Mənim 41 yaşım var. Hələ mən bir adamla əlaqədə olmamışam. Ayağını qoydu başımın üstünə və dəmir parçası ilə başıma, beynimə vurdu. Dedi ki, de görüm səni öldürməmiş kiminlə əlaqədə olmusan. Dedim mən nahaq yerə özümə ləkə vura bilmərəm. 3 ildi onunla bərabərəm hələ ona xəyanət etməmişəm”.

Lakin qadın birgə yaşadığı kişini buna inandıra bilməyib. Bunun nəticəsində isə o, aldığı xəsarətlərdən Goran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Məzahir Fərzəliyev saxlanılıb.

Faktla bağlı istintaq aparılır.(arb)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR