Rəşad Sadıqov millimizə kömək edə bilməyəcək

Rəşad Sadıqov millimizə kömək edə bilməyəcək
15:12 8 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya millisi ilə qarşılaşacaq Azərbaycan yığması ciddi itki ilə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, seçməmizin kapitanı Rəşad Sadıqov sıradan çıxıb.

Təcrübəli futbolçu ötən gün "Dalğa Arena"da keçirilən məşqdə zədələnib. Onun səfərdə keçiriləcək qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib. Buna baxmayaraq, Sadıqov milli ilə Belfasta yollanacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 11-də, saat 23:45-də start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR