9-10 dekabr tarixlərində Şotokan karate-do üzrə seminar keçiriləcək.
Publika.az xəbər verir ki, seminara milli komandanın kata üzrə böyük məşqçisi Vahid Ayvazov rəhbərlik edəcək.
Seminardan sonra, dekabrın 11-də Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə S.K.İ.F qaydalarına uyğun imtahan olacaq. Seminar və imtahanlar federasiyanın İnter Arenada yerləşən təlim-məşq bazasında təşkil ediləcək.