Karkade çayı - min bir dərdin dərmanı

Karkade çayı - min bir dərdin dərmanı
15:23 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu müalicə əhəmiyyətinə görə özünə rəqib tanımır.

Publika.az Karkade çayının insan orqanizminə xeyrini araşdırıb.

Karkade çayını içməyin xeyri:

Qan təzyiqini azaldır;

Xolesterini miqdarını azaldır;

Kapillyarları möhkəmləndirir;

Antibakterial xüsusiyyətə malikdir;

Qaraciyər və mədəaltı vəzin funksiyasını yaxşılaşdırır;

Spirtin zəhərli təsirinə qarşı qoruyucu təsiri var.

Eyni zamanda Karkade çayı susuzluğu dəf edir, iştahanı stabilləşdirir və həzm sistemini yaxşılaşdırır. Çay istənilən yaş üçün faydalıdır.

Maraqlısı odur ki, içki soyuq vəziyyətdə təzyiqi salır, isti vəziyyətdə içdikdə isə qaldırır.

Karkade özündə S, C vitamini, meyvə turşuları, əvəzolunmaz amin turşuları, kompleks vitaminlər və kvertsini birləşdirir.

Çay həm də görməyi yaxşılaşdırır, gözlərin yorğunluğunu götürür, orqanizmi təmizləyir, qaraciyəri qoruyur və maddələr mübadiləsini yaxşılaşdırır.

Çayı hazırlamaq üçün 1 çay qaşığı Karkadenu çayının üzərinə 1 fincan isti su tökərək 10-15 dəqiqə dəmlənməyə qoyun.

Karkade çayını isti şəkildə qənd ilə, soyuq şəkildə isə buzla kokteyl kimi içmək olar.

Mələk





Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/175191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR