DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya millisi ilə qarşılaşacaq Azərbaycan yığması ciddi itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, komandanın kapitanı Rəşad Sadıqov zədələnib.
“Qarabağ”ın üzvü ötən gün "Dalğa Arena"da keçirilən məşqdə xəsarət alıb. Zədə üzündən Çexiya ilə oyunda da iştirak etməyən təcrübəli müdafiəçi qarşıdakı matçı da buraxacaq. Buna rəğmən, Sadıqov milli ilə Belfasta yollanacaq.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 11-də keçiriləcək.
Fanat.Az