Poroşenkonun köhnələn silahı: “Mişa” niyə istefa verdi?

Poroşenkonun köhnələn silahı: “Mişa” niyə istefa verdi?
15:38 8 Noyabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dünən istefasını elan etdi. Saakaşvilinin izahı bu şəkildə oldu ki, prezident Pyotr Poroşenko və hökumət ona korrupsiya ilə mübarizə aparmağa mane olur, Odessanı “Ukraynanın düşmənlərinə verir”.

Publika.az xəbər verir ki, “Republic.ru” saytında Mixail Tişenko qubernatorun istefaya getməsinin səbəblərini tapmağa çalışıb.

Onun sözlərinə görə, Saakaşvili islahatların keçirilməsi üzrə öz təcrübəsini Odessada tətbiq etməyə hazırlaşırdı. O, hakimiyyəti və şəxsən Poroşenkonun buna mane olmaqda ittiham etdi. Bundan başqa, Saakaşvili Pyotr Poroşenkonu Odessa vilayətində korrupsioner qruplaşmaları dəstəkləməkdə ittiham etdi.

Mixail Tişenkonun sözlərinə görə, istefa gözlənən idi. Bir il əvvəl Saakaşvili prezident komandasının tərəfində Arseniy Yasenyukun kabineti ilə açıq münaqişəyə girdi. Bu, Poroşenkoya Yasenyukdan qurtulmağa kömək etdi. Amma Gürcüstanın keçmiş prezidenti sonra şəxsi siyasi layihəsi (Yaxın vaxtlarda yaradılmış “Xvilya” (“Dalğa”) partiyası) ilə məşğul oldu, özünü korrupsiya ilə mübarizə aparan pəhləvan elan etdi və Poroşenkonun yaxın ətrafı, həmçinin “boz kardinal” – parlamentdə prezident fraksiyasının rəhbərinin birinci müavini İqor Kononenko ilə münaqişəyə girdi.

Niyə indi?

Səbəblərdən biri, ehtimal ki, oktyabrın əvvəlində Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələridir. Əgər Saakaşvilinin partiyası – “Vahid Milli Hərəkat” seçkiləri udsaydı, o, vətənə qayıtmağa ümid edə bilərdi. Amma bu baş vermədi. Saakaşvilinin partiyasi yalnız uduzmadı, həm də partiyada parçalanma baş verdi. Partiyadakı qruplardan biri bildirdi ki, partiya lideri başqa ölkədə vəzifə tutan və başqa ölkənin vətəndaşı olmamalıdır. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb.

“Saakaşvili qubernator vəzifəsindən istefa edərək partiya daxilində öz şəxsi statusunu saxlamaq istəyir. Gürcüstanda müxalifətin formal lideri olmaq onun üçün daha əhəmiyyətlidir”, – gürcü politoloqu Vaxtanq Maisaya hesab edir.

Daha bir səbəb Saakaşvilinin tərəfdarları - “islahatçıların gürcü komandası”nın Ukrayna hakimiyyətindən tədricən gedişidir. Son olaraq Odessa vilayətinin polis rəisi Georgi Lordkipanidze istefa verdi. Ona qarşı korrupsiya ittihamları səslənirdi. Nəticədə, qubernator təsirini itirirdi. Maisaya hesab edir ki, vəzifə Saakaşvili üçün tədricən mənasını itirirdi.

Saakaşvili nəyə nail oldu?

Odessa qubernatorunun işini çoxmənalı qiymətləndirirdilər. Bəziləri onu korrupsiya ilə (xüsusilə gömrükdə) mübarizə və islahatlara görə tərifləyirdilər. Başqaları isə onu populizm və piara görə qınayırdılar. 2016-cı il sentyabrında Saakaşvilinin reytinqi Ukrayna qubernatorlarının qeyri-rəsmi reytinqində dördüncü yeri tutub. Onun rəhbərlik etdiyi vilayət kənd təsərrüfatı və tikintinin dinamikası üzrə yaxşı nəticələr göstərib.

“Söz və iş” Ukrayna portalının hesablamalarına görə, Saakaşvili vədlərin 40 faizini yerinə yetirib. Onların arasında inzibati xidmətlər mərkəzinin yaradılması və rayon rəhbərlərinin təyinatı üçün müsabiqənin keçirilməsi xüsusi yer tutur. Jurnalistlərin məlumatına görə, vədlərin təxminən 40 faizi “icra mərhələsi”ndədir.

Hər şey, o cümlədən korrupsiya üzrə mübarizə hamar görünmür. Sahibkarlar təsdiq edirlər ki, qubernatorun özü rüşvət götürmürdü. Amma o, korrupsiyanın kökünü kəsməyə nail ola bilməyib. Məsələn, Odessanın Kommunal Xidmətlər üzrə Departamentinin başçısı Tatyana Marçenkonu təxminən 54 min dollar rüşvət görə tutdular.

Odessa gömrüyündə vəziyyət ayrı mövzudur. 2016-cı ilin əvvəlində Ukrayna mətbuatının yazdığı kimi, Saakaşvilinin komandası onu idarə edirdi. O, problemli yükləri qaçaqmalçılıq və korrupsiya mənbəyi kimi bloklamağa üstünlük verirdi. Amma təcrübədə bu yalnız ona gətirib çıxardı ki, həmin yükləri başqa regionların gömrükləri vasitəsilə rəsmiləşməyə başladılar. Bəzi məlumatlara görə, başqa vilayətlərdə gömrük qeydiyyatından keçən yüklərin təxminən 60-70 faizi həqiqətdə Odessa limanları vasitəsilə Ukraynaya keçirdi.

Bundan sonra nə olacaq?

Saakaşvilinin sözlərinə görə, indi korrupsiya və “Ukrayna inqilabı ideyasının satqınları” ilə mübarizənin yeni mərhələsi başlayır. Saakaşvilinin silahdaşlarından biri olan diplomat Baço Korçilavun hesab etdiyi kimi, bu, faktiki olaraq açıq müxalifətə keçidi bildirəcək.

Saakaşvilinin sağ əli, qubernator postunda onun məsləhətçisi Saşa Borovik Ukrayna KİV-inə deyib ki, “Mişa” getməli və islahatçı müxalifətin liderlərindən biri olmalıdır.

Bunun üçün əsaslar da var. Ukraynada Saakaşvilinin tənqid olunmasına baxmayaraq, o, məşhur siyasətçilərdən biri olaraq qalır. “Reytinq” sosioloji qrupun məlumatına görə, 2016-cı ilin aprelinə qədər ukraynalıların 35 faizi Saakaşviliyə etibar edirdilər. Bu, Lvov meri Andrey Sadovom və keçmiş baş nazir Yuliya Timoşenkonun reytinqi ilə müqayisə olunur. Saakaşvilinin partiyasının reytinqini isə təxminən 10 faiz qiymətləndirirdilər. Bu, “Pyotr Poroşenkonun Bloku”nun reytinqindən daha çoxdur.

Amma Poroşenko ilə münasibətlərdə tam qırılma ola bilər. Poroşenko Saakaşvilini qubernator təyin etməklə yerli qruplaşmalarla qarşdurmada ondan alət kimi istifadə etmək imkanını əldə etdi. Məsələn, Odessa vilayətində oliqarx İqor Kolomoyskinin komandası və Arseniy Yasenyuk hökumətinə qarşı. Poroşenko Saakaşvilindən bir qayda olaraq, rəqiblərinə qarşı silah kimi istifadə edirdi. Bu münaqişələrin nəticəsi olaraq qubernator nüfuzlu düşmənlər “qazandı”. Amma indi prezidentin dəstəyini də itirib. Və bu itki Ukraynada onun şəxsi mövqelərini təhlükə altına qoya bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR