Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ən böyük diaspor təşkilatımız ofisindən niyə çıxıb? - SƏNƏDLƏR

Ən böyük diaspor təşkilatımız ofisindən niyə çıxıb? - SƏNƏDLƏR

Date: 8 November 2016 15:54

 Azərbaycanın Rusiyadakı ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yerləşdiyi ofisindən çıxıb.

 

Bu barədə Lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, ÜAK hazırda Rusiya paytaxtında yerləşən "Bakı" kinoteatrının iki otağında yerləşir.

 

Bəzi məlumatlarda ÜAK-ın ofisi yaranmış borca görə tərk etdiyi bildirilir.

 

Lakin Lent.az-ın əldə etdiyi sənədlər bunun əksini göstərir. Sənədlərə görə, ÜAK həmin ofisi “Nimpek” şirkətindən kirayələyib və kirayə haqqı vaxtı-vaxtında ödənilib.

 

İmzalanmış təhvil-təslim aktına görə isə bu il noyabrın 25-ə qədər ofis təhvil verilir. Bu barədə sənədi “Nimpek” şirkətinin baş direktoru Krasnenkov və ÜAK prezidenti Məmmədbağır Əliyev imzalayıb. İmzalanmış aktda isə tərəflər aralarındakı müqaviləyə xitam verildiyi və bir-birinin qarşısında borcu və öhdəliyi olmadığı xüsusi qeyd edilib.

 

Bu sənədlər ÜAK-ın kirayə haqqı borcunun qalmadığını göstərir. O zaman ÜAK niyə ofisi tərk edir?

 

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev "Taqanka"dakı binadan çıxdıqlarını təsdiqləyib. O, bəzi problemlər olduğunu desə də, əlavə məlumat verməkdən imtina edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən isə məsələnin araşdırıldığını deyiblər.

 

 




Tags:  böyük diaspor təşkilatımız ofisindən niyə çıxıb SƏNƏDLƏR


RƏYLƏR


Top news