Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə ödəniş edəcəklər"

"Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə ödəniş edəcəklər"

Hacı Şahin Həsənli: "Həcdə rahatlıq axtarmaq ziyarətin ruhu, mahiyyəti ilə bir araya sığışmır" (11 Mart 2017 17:32)
Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək (10 Mart 2017 14:37)
Dövlət İmtahan Mərkəzinin e-xidmətlərindən faydalanmaq üçün ödəniş üsulları açıqlanıb (28 Fevral 2017 11:37)

Tarix: 8 Noyabr 2016 15:57

Səudiyyə Ərəbistanına ikinci dəfə ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirilib. 

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu barədə onlara rəsmi məlumat verib: "Yalnız ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə vəsait ödəyəcəklər. Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur".

H.Babayev bildirib ki, hazırda ümrə ziyarəti üçün müraciətlər var və sənəd qəbulu aparılır: "25 nəfərlik qrup düzəldikdən sonra bu ilin ilk ümrə ziyarətçiləri yola salınacaq. Zəvvarlar ümrə üçün bu il 1500-2500 ABŞ dolları ödəyəcəklər. Ötən il bu məbləğ 1200-2300 dollara bərabər idi".

Milli.Az


Teqlər:  Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə ödəniş edəcəklər



RƏYLƏR


Top xəbərlər