Türkiyə üçün hazırlanmış dilemma

Türkiyə üçün hazırlanmış dilemma
15:57 8 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə təhlükəsizlik naminə atılmış istənilən addıma beynəlxalq təşkilatlar tərəfindən operativ reaksiya verilir. Xüsusi həssaslıq göstərilən məqamlar sırasında insan haqları və medianın durumu dayanır. Sərgilənən münasibətdə mübahisə doğuran məsələlərin kökü də məhz bu nöqtədən başlayır. İş ondadır ki, Türkiyədə cərəyan edən prosesləri dəyərləndirən beynəlxalq statuslu təşkilatlar hadisələri dövlət təhlükəsizliyinə təminat verən qanunları nəzərə almadan, yalnız insan haqlarını ehtiva edən konvensiyalar müstəvisində şərh edirlər.

Məsələn, iddia edilir ki, "15 iyul çevrilişinə cəhddən sonra Türkiyə hakimiyyəti tənqidçi KİV-ləri kütləvi şəkildə bağlamağa başlayıb". Beynəlxalq jurnalist təşkilatlarının hesabatlarına görə, bu dövr ərzində 130-dan çox media qurumunun fəaliyyəti dayandırılıb. Nəticədə 2500-dən artıq jurnalist iş yerini itirib. Hesabatda xüsusi qabardılan məqamlar sırasında həbs edilən jurnalistlərin siyahısı dayanır, 90 jurnalistin həbsdə olması xüsusi vurğulanır. Buna istinad edən beynəlxalq statuslu media ekspertləri media azadlığı baxımından Avropa məkanında ən ağır durumun Türkiyədə olduğunu deyirlər. Türkiyə hakimiyyətini "avtoritar rejim" kimi dəyərləndirən bu qurumlar iddia edirlər ki, 15 iyul dövlət çevrilişi hadisəsi ölkə yönəldicilərinə azad media üzərinə hücuma keçmək üçün bəhanə verib, iqtidar komandası yaranmış durumu "öz tənqidçilərini susdurmaq üçün fürsət kimi dəyərləndirib".
Hesabatlar hazırlanarkən, dövlət çevrilişinə cəhd zamanı həyatını itirən insanların taleyinə, həmçinin həbs edilən "jurnalistlərin" çevriliş hazırlanmasına hansı formada yardım göstərmələri məsələsinə toxunulmur. Beləliklə, hadisələrə beynəlxalq təşkilatların hazırladıqları hesabatlar kontekstindən yanaşan auditoriya əsl mahiyyətdən xəbərsiz qalır, qeyri-obyektiv fikirlərlə yüklənir, Türkiyə nifrət ruhunda köklənir.

Narahatlıq doğuran budur ki, məsələ ilkin, yanlış dəyərləndirmə müstəvisində qalmır. Proses mərhələlərlə, sistemli şəkildə davam etdirilir, ilkin reaksiyaların ardından "detallı hesabatlar" hazırlanır, Türkiyəyə verilən yanlış qiymət "faktlarla əsaslandırılır". Sərhədsiz Reportyorlar həmin yanlış faktlara söykənərək 2016-cı il üçün hazırladığı "mətbuatın düşmənləri siyahısı"na Türkiyə prezidentinin adını da əlavə edib. Hazırlanan hesabatlar təsirsiz qalmır. Məqsədli, sistemli şəkildə irəli aparılan prosesin sonucu olaraq, mövzu beynəlxalq statuslu QHT-lər müstəvisindən ötürülərək beynəlxalq statuslu dövlətlərarası təşkilatlar müstəvisinə keçir. Beləliklə, ölkənin adı yanlış siyahılara salınmaqla o mərhələyə qədər aparılacaq ki, prosesin geri dönüşü mümkünsüz olsun.

Media müstəvisində işlərini tamamlayan QHT-lər indi də milli münasibətlər sisteminə keçiblər. Yeni araşdırmalarda xüsusi vurğulanır ki, "həbs edilən jurnalistlərin, fəaliyyəti dayandırılan KİV-lərin əksəriyyəti etnik qruplara məxsusdur". Beləliklə, eyni "fakta" görə Türkiyəyə həm "azad medianı boğan", həm də "etnik qrupların imkanlarını daraldan" ölkə yarlığı vurulur. Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağın, həmçinin müxalif yönlü "Cümhuriyyət qəzeti"nin 9 redaktor heyətinin saxlanılmalarından sonra Türkiyəyə qarşı sürülən ittihamlar daha da intensivləşib. Baxmayaraq ki, Türkiyə xüsusi xidmət orqanları HDP-nin PKK-ya dəstəyinə dair sübutlarını ortaya qoyublar. İsbatlayıblar ki, HDP rəhbələrinin saxlanılması ölkənin parçalanmasına xidmət göstərən layihələrin qarşısının alınması üçün atılan zəruri addımdır. Həmçinin, həbs edilən "jurnalistlər sırasında" Türkiyənin anti-terror qanunlarını pozan, terrorçu PKK qrupuna, o cümlədən Fətullah Gülən dəstəsinə yardım edənlərin olması təsdiqini tapıb. Daha doğrusu, terror ideoloqlarının "jurnalist" adı altında gizlənmələri deşifrə edilib. Amma beynəlxalq təşkilatlar bütün bunları görməzdən gəlir. Ehtimal ki, media azadlığı məsələsində olduğu kimi, etnik qruplar mövzusu da yanlış faktlar əsasında sonadək qabardılacaq, Türkiyənin adı hansısa bədnam siyahılara salınacaq. Belə çıxır ki, indiki mərhələdə Türkiyə üçün qondarma dilemma hazırlanır. O, ya Qərbdən təlqin olunan formalı "insan haqları standartlarını" qəbul edib özünün təhlükəsizlik problemlərinə göz yummalı, terrorçulara meydan verməli, beləliklə, parçalanmalı, məhv olmalıdır, ya da Qərbədən təlqin olunan "insan haqları standartlarını" qəbul etmədiyi üçün sanksiyalara məruz qalmalı, embarqolar nəticəsində iflas etdirilməli, bu yolla məhv edilməlidir.

Türkiyə mövcud durumda rasional davranır: kimin nə deməsindən asılı olmayaraq, dövlət təhlükəsizliyinin təmin edilməsi baxımından zəruri olan addımları atır. Paralel olaraq, Qərbin "insan haqlarının qorunması" adı altında yürütdüyü siyasətin ifşa edilməsi üçün ideoloji iş də aparılır. Uğurlar da var. 2015-ci ilin oktyabrında Avropa Şurasının təşkilatçılığı ilə Strasburqda, ümumilikdə Avropanın dövlətlərarası təşkilatları təmsilçilərinin qatıldıqları "İfadə azadlığı" konfransı keçirilərkən, Türkiyə Konstitusiya Məhkəməsinin başqanı Zühtü Arslanın nitqi avropalı ideoloqları çıxılmaz duruma saldı. Konfransın gedişində Türkiyə sosial şəbəkələrə girişin məhdudlaşdırılmasına görə ittiham edilirdi. Zühtü Arslan məhdudiyyətlərin yalnız terror aksiyalarının intensiv dönəmində tətbiq edildiyini, terrorçulara qarşı mübarizədə həmin addımın zəruri olduğunu vurğuladı. O, Konstitusiya Məhkəməsinin başqanı qismində sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılacağına təminat verdiyini bildirdi. Qarşılığında isə, "bəs Sizlərdən kimsə terror aksiyalarında həyatını itirmiş insanların həyata geri dönəcəklərinə təminat verə bilərmi?!" dedi. Sual indi fərqli formada da tətbiq edilir: Türkiyədə fəaliyyətini dayandıran KİV-lərin, iş yerini itirən, istintaqa cəlb edilən jurnalistlərin siyahısı hər an yenilənir. Bənzər fəaliyyət terror aksiyaları zamanı həyatını itirən insanlara da şamil edilə bilməzmi? Az qala hər gün xəbər başlığına çevrilən terror aktları Türkiyədə nə qədər insanın həyatına son qoyub, neçə ailə başsız, evsiz, imkansız qalıb? Bunlar insan haqları müstəvisinə daxil deyilmi? Beynəlxalq təşkilatlar nə üçün onların siyahısını hazırlamırlar, terrorçuluğa qarşı mübarizədə Türkiyəyə dəstək vermirlər?

Müşfiq Ələsgərli
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı - FOTO

21 İyul 2017 10:48

SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

21 İyul 2017 10:47

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 10:47

Azərbaycanlı aparıcı komaya düşdü

21 İyul 2017 10:47

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

21 İyul 2017 10:44

Damlanın elə görüntüləri yayıldı ki...

21 İyul 2017 10:44

Bitkoin bir həftəyə 68% bahalaşıb

21 İyul 2017 10:42

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 10:38

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:37

İntihar edən müğənninin xanımının hesabını ələ keçirib, iyrənc paylaşımlar etdilər - FOTO

21 İyul 2017 10:37

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi

21 İyul 2017 10:37

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 10:35

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

21 İyul 2017 10:34

Müğənninin öldüyü gün klipi izlənmə rekordu qırdı

21 İyul 2017 10:30

Yerevanda yaşlı kişi arvadının gözü qarşısında intihar edib

21 İyul 2017 10:27

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

21 İyul 2017 10:23

DİQQƏT: "Dostum evlənir" yazmayın

21 İyul 2017 10:23

Hadisə küçədə yatdı - "Qorxulu bir gecə idi" - FOTO

21 İyul 2017 10:22

Tanınmış aktrisa LÜKS yaxtada çimərlik geyinmində görüntüləndi - FOTO

21 İyul 2017 10:18

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 10:17

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:17

Avropa Liqası: III təsnifat mərhələsinun cütlükləri

21 İyul 2017 10:17

Avropa Liqası II təsnifat mərhələsinin nəticələri

21 İyul 2017 10:17

Yol polisinin evakuatorları cərimələnəcək

21 İyul 2017 10:17

Ağciyərləri 3 günə təmizləyən qarışıq

21 İyul 2017 10:15

Azərbaycanlı aparıcı komaya düşdü - FOTO

21 İyul 2017 10:12

Tanınmış aktrisa sudan elə bir şey tapdı ki...

21 İyul 2017 10:10

Cəbhədən son məlumat

21 İyul 2017 10:07

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

21 İyul 2017 10:05

Bülənt Ərsoyun makiyajsız halı hamını çaşdırdı

21 İyul 2017 09:59

Kamran Ağayevin yeni klubu bəlli oldu

21 İyul 2017 09:58

Sevilən müğənni "O ses Türkiye"nin münsifi olacaq

21 İyul 2017 09:57

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.07.2017)

21 İyul 2017 09:57

Cəbhədə gərgin gecə

21 İyul 2017 09:53

Atəşkəs 123 dəfə pozuldu

21 İyul 2017 09:49

BODRUMDA olan azərbaycanlı məşhurlar zəlzələ təəssüratlarından danışdı – FOTO

21 İyul 2017 09:48

“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21 İyul 2017 09:47

Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı...

21 İyul 2017 09:47

Məscidi-Aksada TERROR təhlükəsi - VİDEO

21 İyul 2017 09:43

Ermənilər atəşkəs rejimini 123 dəfə pozub

21 İyul 2017 09:42

Neft ucuzlaşır

21 İyul 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

21 İyul 2017 09:42

Müğənni Damla avtomobildə rəqs etdi - VİDEO

21 İyul 2017 09:42

Auditorlar Palatası “KPMG”də keyfiyyətə nəzarət yoxlaması keçirəcək

21 İyul 2017 09:37

"Qalatasaray"ın "Ostersun" faciəsi - VİDEO

21 İyul 2017 09:37

Polşanın xarici işlər naziri Azərbaycana gələcək

21 İyul 2017 09:37

Bu günə olan məzənnə

21 İyul 2017 09:35

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

21 İyul 2017 09:33

6 nəfər İSTİDƏN öldü - Meksikada

21 İyul 2017 09:32

MilliÖn niyə işləmir? - FOTO

21 İyul 2017 09:32