Tünzalə Ağayeva onları sevindirəcək

Tünzalə Ağayeva onları sevindirəcək
16:06 8 Noyabr 2016
91 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva yeni layihə üzərində çalışır.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, yeni işi “Fərqliyəm – sizlərdən biriyəm” adlanır. İfaçı eyni zamanda autizm sindromundan əziyyət çəkənlərə həsr edilən mahnı oxuyacaq. Bəstənin musiqisi T.Ağayevanın özünə, sözləri Murad Arifə aiddir.

Layihədə “Səs Azərbaycan” yarışmasının iştirakçıları Samirə Əfəndi, Ruslan Alışan, Ləman Dadaşeva, Nərmin Kərimbəyova və Tofiq Hacıyev iştirak ediblər.

T.Ağayeva layihəsindən danışıb:

“Bu mənim ikinci layihəmdir. İlk layihəm 2015-ci ildə “Tünzalə Cover” adı altında gerçəkləşmişdi. “Fərqliyəm - Sizdən biriyəm” iki formatda təqdim olunacaq. Bu layihəyə bir çox tanınmışlar da qoşulacaq. Məqsəd cəmiyyətimizə autizm haqqında doğru məlumat vermək, bu sindromdan əziyyət çəkən insanlara düzgün münasibət yaratmaq, onları bizdən biri bilmək və həyatlarında mümkün qədər sərbəst yaşamaları üçün dəstək olmaqdır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR