Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kuklalar haqqında DƏHŞƏTLİ FAKTLAR: Sahibini zorlayan, öldürən oyuncaqlar - FOTO/VİDEO (18+)

Kuklalar haqqında DƏHŞƏTLİ FAKTLAR: Sahibini zorlayan, öldürən oyuncaqlar - FOTO/VİDEO (18+)

Date: 8 November 2016 16:18

Kuklalar lap qədimdən balaca qızcığazların sevimli oyuncağıdır. Bəzi qızlar böyüdükdən sonra belə, sevimli oyuncaqlarına qarşı bağlılıqlarından əl çəkə bilmirlər. Buna baxmayaraq bu oyuncaq növü o qədər də qədim tarixə sahib deyil.

Publika.az “Sirli Mələk” layihəsi çərçivəsində bu dəfə kuklalar haqqında yazını təqdim edir.

Kukla vasitəsilə qadınları qurbanına çevirən rahib

Uşaqlar üçün gəlinciklər XV əsrdə yaranıb. Bundan əvvəl isə pis niyyətli insanlar, cadugərlər kuklaları öz mistik əməllərində istifadə edirdilər və onlar orta əsrlərdə Avropada həddindən artıq məşhur idi. Belə ki, 1329-cu ildə fransız rahibi Pyer Rikordiyə kuklalardan insanlara ziyan vermək məqsədilə istifadə etdiyi üçün ölüm hökmü oxunub. O, mumla qanını və saçını qarışdıraraq düzəltdiyi kuklaları xoşuna gələn qadının qapısına buraxırdı. Nəticə isə gözlənilən kimi olurdu və bir müddət sonra qadın özünü rahibin qollarına atırdı. O, bu yolla üç qadını qurbanına çevirmişdi.

Başqa cadugərlər isə hətta öldürmək məqsədilə oyuncaqlar hazırlayırlar. Bunun üçün onlar mumla seçdikləri qurbanın dırnaq və saçlarını qarışdırıb, maksimal dərəcədə ölməsini istədikləri insana bənzədirdilər. Əgər belə cadugərlərı inkvizatorlar tərəfindən tutulsa, o zaman onları oda ataraq yandırardılar.

Buna görə o vaxtlar hətta adi oyuncaqlara görə insana ölüm hökmü oxuna bilərdi. Ancaq kütləvi repressiyaya baxmayaraq kuklalar və onlarla bağlı magiya bu dövrümüzə kimi gəlib çıxdı. XX əsrə qədər Avropanın bir çox kəndlərində gecə-gündüz kuklaları var idi. Bu kuklaların bir üzü gecə, bir üzü isə gündüz idi. Onun vəzifəsi olduğu evi qorumaq idi. İlk kim oyanırdısa kuklanı “gündüz” tərəfini çevirərdi, ən gec yatan isə kuklanı “gecə” tərəfini çevirib yatardı.

XX əsrdən başlayaraq mistik kuklalarla bağlı rəvayətlər çoxalmağa başladı. Belə baxanda “cadugər” dövrü başa çatmışdı. İnsanlar ancaq elmi sübutu olan hadisələrə inanırdılar. Ancaq bu, kuklalarla bağlı yaşanan qeyri-adi hadisələri inkar etmirdi.

Baylo Beybi

O, 1922-ci ildə Floridanın Keyuest şəhərində Çarlz Uinkoksun evində “doğulub”. Kukla düzəltməkdə məşhur olan bu “həkim” deyilənə görə, XX əsrin əfsanəvi cadugər və alximik Alister Kroulun başçılıq etdiyi “Qızıl şəfəq” okkultizm ordeninə daxil idi. Bu ordenə “Drakula”nı yazan Brem Stoker və Hovard Lavkraft da daxil idi. Uinkoks bir müddət madam Tyüssonun müzeyində işləyib və yəqin ki, orada qorxulu zirzəminin yaranması ideyası da məhz ona aiddir. Gəzən şayiələrə görə Uinkoksun hazırladığı kuklalar ruhları qorxudaraq qaçırdırdı. Bu, o demək idi ki, kukla ölümə düçar edilmiş istənilən insana həyat da verə bilərdi.

Günlərin bir günü qızları qan azlığı xəstələyindən əziyyət çəkən və çarəsi tapılmadığı üçün əlacsız qalan valideynlər “Kukla həkimin” yanına gəlirlər. Onlar “həkimdən” Rozi Makni adlı qızcığaz üçün canlı insana bənzəyən gəlincik düzəltməyi xahiş edirlər. Və Çarlz Uinks bu təklifi qəbul etməklə bəlkə də özünün ən dahi “əsərini” yaradır. Bu gözəl gəlincik sahibini sağaltmaq əvəzinə onu ölümə apardı.

Valideynlərinin hədiyyəsindən iki gün sonra Roza adlı qız ağır əzab çəkərək vəfat edir. Qız ölən zaman adını verə bilmədiyi gəlinciyi qolları və əlləri ilə o qədər bərk sıxmışdı ki, onu əlindən ala bilməmişdilər. Valideynlər təbii olaraq qızlarının ölümündə Uinkoksu günahlandırırlar. O, isə təzyiqlərə dözməyib məcbur olub gizlənir. Bu hadisədən sonra onu heç kəs görmür.

Uşaq gəlinciklə birlikdə dəfn edilir. Bir müddət sonra polis qızın ölüm səbəbini müəyyənləşdirmək üçün qəbirdən cəsədi çıxarmaq qərarına gəlir. Lakin açılan qəbirdə kuklaya rast gəlinmir.

Bu hadisədən düz 12 il sonra Rozanın anası Vanessa Makni antikvar dükanların birində qızının gəlinciyinı oxşar oyuncaq alır. Elə o gündən evdə izah olunmayan hadisələr baş verir. Sonda dəli olan Makni 1952-ci ildə özünü pəncərədən ataraq intihar edir. Onun da, qızı kimi əlində bərk-bərk tutduğu kuklası olur. Onu tapan qadınlar Makninin ölümündən qabaq “O, Baylo Beybi, Baylo Beybi...” dediyini söyləyirdilər. Beləliklə uzun illər adsız qalan kukla “Baylo Beybi” oldu.

1969-cu ildə Makninin evi muzeyə çevrilir. Əsas eksponat isə təbii qocalmayan gəlincik olur. Onu ilk dəfə bilinməyən insanlar tərəfindən yandırmaq istəyiblər. Ancaq o sağ qalıb. 1995-ci ildə isə “Baylo Beybi”ni oğurlayırlar. Muzeyin sahibi gəlinciyi tapana 10 000 dollar verəcəyini söyləsə də, “Baylo Beybi” geri qayıtmır. 1998-ci ildə Amerika jurnalisti “Heyvan rəqəmi” adlanın şeytan sektasında kuklanı satın alaraq, Vlad Taupeşaya satır. Lakin gəlinciyi satan jurnalist bir müddət sonra qəribə bir vəziyyət vəfat edir.

Əntiq ekspertizası üzə ixtisaslaşan “Ekspert-prof” bürosunun mütəxəssisi “Baylo Beybi”nin yaşını araşdırır. Beybini rentgendən keçirdən Serqey orada anlaşılmayan simvolların olduğunu söyləyir. Bundan başqa kuklanın bədəni insan saçı ilə və qana bulanmış əski parçaları ilə dolu imiş. Bununla Uinkoksun doğrudan da, kuklaları düzəltdiyi zaman Avqustin sığınacağında ölmüş uşaqların saç və paltarlarından istifadə etdiyi təsdiqlənir.

Annabel

Bu hadisə ötən əsrin 70-ci illərində baş verib. Donna adında tibb bacısı işləyən qıza anası tərəfindən parçadan hazırlanmış gəlincik hədiyyə edilir. Donna bu gəlinciyə Enji adından rəfiqəsi ilə birgə yaşadığı evə aparır. Tezliklə bu evdə qəribə hadisələr cərəyan etməyə başlayır. Qızlar onu bir yerdə qoyurdular, lakin gəlib görürdülər ki, kukla başqa yerdədir. Sanki kukla evdə gəzməyə başlayırdı. Bundan başqa onlar evdə “Bizə kömək edin” yazılı məktublar tapırdılar. Onlar kukladan şübhələnmək əvəzinə evə gizlincə kiminsə girib onları qorxutduğunu düşünürdülər. Bir gün Donna kuklanın üzərində və yerdə qan görür. Sonda bütün olanlara dözməyib onlar ekstrasensə müraciət edirlər. Ekstrasensin dediyinə görə, kuklanın içinə Annabel Hiqqins adında insanın ruhu girib. Ancaq ruh ziyansızdır. Onun dediyinə görə, ruhun qızlardan çox xoşu gəlib və onlarla birgə qalmaq istəyib. Buna baxmayaraq qızlar gəlinciyi saxlamaq qərarına gəlirlər.

Olanlar Donnanın dostu Lyünun heç də ürəyincə deyildi. O, Annabeli tez-tez qorxulu yuxularında görürdü. Bir gün Donna və Enjinin evinə qonaq gələn Lyü qonşu otaqda qışqırıq səslərinin gəldiyi eşidir. Lyü qaçaraq otağa girir və orada yerdə uzanan Annabeldən başqa heç kəsi görmür. Arxasını çevirib çıxmaq istədikdə sinəsində iti ağrı hiss edir. Yaxından baxdıqda izlərin dırnaq izləri olduğu görünürdü. Yaralar tez sağaldı, ancaq yaşadıqları qorxu onlara ölüncə bəs oldu.

\

Bu hadisədən sonra onlar keşişin yanına gedirlər. Vəziyyət ağır olduğunu başa düşən keşiş paranormal hadisələr üzrə ixtisaslaşmış ər-arvad Edi və Lorreyn Uorrenə müraciət edir. Medyumların dediyinə görə, ruhun məqsədi əslində Donna idi. Ruhu kukla maraqlandırmırdı. O, Donnanın yumşaq ürəyindən istifadə edib, onun bədəninə sahib olmaq istəyirdi.

Evi təmizlədikdən sonra kuklanı götürən Uorrenlər oyuncağı bir müddət avtomobildə saxlayırlar. Nəticədə bu, avtomobilin hərəkət sisteminin çöküşünə gətirir. Onlar ard-arda qəzaya düşmələrinə baxmayaraq xoşbəxtlikdən sağ qalırlar. Daha sonra oyuncağı evə gətirərək, şeytan qovma ritualını həyata keçirirlər. Bu addım da onlara kömək olmur. Sonda kuklanı xüsusi hazırlanmış şəffaf qutuya yerləşdirirlər. Bu günə kimi Annabel azadlığa çıxacağını düşünərək, orada saxlanılır.

Robert

Qəribə mistik kukla Robert 1906-cı ildə Floridanın Ki-Uest şəhərində Tomas Ottonun ailəsinə “doğulub”. Kukla ailənin qulluqçusundan sahiblərin oğluna hədiyyə kimi təqdim edilir. İlk baxışda burada qeyri-adi heç nəyin olmadığı, hədiyyənin sadəcə bir qulluqçunun təşəkkürü kimi başa düşülür. Ancaq hər şey göründüyü kimi deyil. Tomas Otto öz qəddar davranışları ilə özünə ad qazanmışdı. Hədiyyə olunan kukla isə qara magiya ilə düzəldilmiş, ailəyə xəsarət yetirmək məqsədilə balaca oğlana verilir.

Cin adında olan oyuncağına tez bir zamanda öyrəşərək, onu Robert adlandırır. Zaman keçdikcə evdə baş verən qəribəliklər də çoxalır. Qonşuların dediyinə görə, onlar kuklanın evdə gəzdiyini və xoşagəlməz gülüşünü eşidiblər. Cinin başqa oyuncaqları səbəbsiz qırılır və parçalanırdı. Oğlanın otağından oyuncağı ilə necə danışdığı eşidilirdi. Daha dəhşətlisi isə oyuncağın ona cavab verməsi idi.

Evdə baş verənlərdə Cini günahlandırdıqda, o, bunu Robertin elədiyini deyirdi. Bir gün gecənin yarısı oğlanın qışqırtısına valideynləri dözməyib otağa girirlər. Otağa daxil olan zaman gördüklərinə inanmırlar. Otaqdakı bütün mebel baş ayaq olub, Robert isə Cinlə üzbəüz çarpayıda dayanıb. Qorxudan rəngi ağarmış oğlan Roberti göstərərək hər şeyi onun elədiyini deyir. Həmin gün onlarda qalan qonaq kuklanın təhlükəli olduğunu deyərək, onu məhv eləməyi məsləhət görmüşdü. Səhəri gün qadını yatağında ölü tapırlar.

Sonda Roberti çardağa göndərirlər. Bir neçə il keçəndən sonra rəssam və yazıçı olan Cin Roberti çardaqdan düşürdür. Və yenə eyni hadisələr. Cinin həyat yoldaşı onun Robertə canlı insan kimi davrandığını görür və mövcud vəziyyətdən narahat olmağa başlayır. Həyat yoldaşının qəribəliklərindən bezərək Robert yenidən çardağa yollanır.

Robert bu dəfə çardaqda dinc dayanmır. Qorxulu gülüşləri və çıxardığı səs-küy nəticəsində Cin onu yenidən öz yanına gətirir. Onun dediyinə görə, Robert ancaq onun yanında sakit ola bilər. Axırda Robert üçün ayrıca otaq ayırırlar.

Vaxt gedir. Həyat yoldaşı onun ölümündən dərhal sonra 1972-ci ildə evi satır. Evin yeni sahibinin 10 yaşlı qızı Roberti çardaqda tapır. Və hər şey yenidən başlayır. Qızın dediyinə görə, gecələr kukla canlanır və onu boğaraq öldürmək istəyir.

Hazırda Robert Martello muzeyində saxlanılır. Görənlər üçün muzey açıqdır. Oranın işçilərinin dediyinə görə, kukla indi də aktivdir.

Biz canlılara təmasa keçmək istəyən kuklalardan yalnız üçündən ətraflı yazdıq. Tarixə məlum olan, insanları narahat edən Elis, Mengi, Kerolayn, Emilin, Harold və Pupa kimi gəlinciklər də var. Onların tarixi hamısı gedib XX əsrin əvvəllərinə dayanır. Bu günümüzə kimi muzeydə qoruyub saxlanılan bu qoca kuklalar hələ də insanlarda qorxur yaradır.

Sinqapuru dəhşətə bürüyən Gəlincik..

Bəzən biz texnikanın inkişaf etmədiyi dövrə təsadüf edən faktlara inanmırıq. Və ümumiyyətlə mistikanın XXI əsrdə mövcud olmadığını düşünürük. Amma səhv edirik.

Belə ki, keçən il Sinqapurun küçələrində atılmış bir kukla tapırlar. Onun üzərində çirkli paltar var idi, gözləri isə “bismillah” yazılmış lentlə bağlanmışdı. Tezliklə kuklanın gözünün niyə bağlanmasına dair şayiələr gəzməyə başladı. Guya kukla lənətlənibmiş və onun gözünü kim açsa lənət ona keçəcəkmiş.

Kuklanın xəbəri şəkillə birlikdə Reddit saytına yerləşdirilir. Xəbərin altındakı şərhlərdə: “Kukla ilə bir otaqda qalanlar onun Malayziya dilində danışdığını, səsinin isə qadına bənzədiyini deyirlər”.

Kuklanı küçədən götürərək kimin sahibləndiyi məlum deyil. Ancaq kukla gözdən itəndən sonra şəhərdə ard-arda intihar və qətl hadisələri baş verir.

Bu hələ son deyil..

Qəddar Peqqi

Ceyn Harris adında bir qadın İngilis qraflığında yerləşən “Cinli kuklalar” assosiasiyasının rəhbəridir. Hər şey Peqqi adında gəlinciyinin gəlməsi ilə başlandı. Peqqinin köhnə sahibinin dediyinə görə, oyuncağın evdə olduğu müddətdə o qorxulu yuxular görürdü və izah olunmayan fiziki təcavüz hiss edirdi.

Harris kuklanın şəklinin və videosunu “Youtube” kanalına yerləşdirir. Bundan sonra ona çox sayda məktublar gəlməyə başlayır. Məktubda kuklaya baxdıqdan sonra halları dəyişən insanlar Peqqinin videosunu və şəklini çıxartmağı istədiklərini yazırdılar. Gün ərzində 80-dən çox şikayət gəlirdi. Bir qadın hətta infarkt keçirmişdi. Başqa birinin dediyinə görə isə, şəkil kompüterdə peyda olan kimi ekran qaralmış, otağın temperaturu isə kəskin düşmüşdü.

Bütün olanlardan sonra Peqqinin yeni sahibəsi onu bağlı yerə qoyaraq heç kəsi narahat etməməyi tapşırır. Və deyəsən hər şey normaya düşür.

...Və sonda

Qəribə əşyalardan kolleksiya yığmağı sevən 47 yaşlı Cennifer Conson çoban görünüşlü bir kuklaya sahib olur. Kuklanı ona satan köhnə sahibin sözlərinə görə, oyuncağın içinə XIX-XX əsrlərdə yaşamış və vəfat etmiş 13 yaşlı Enn adlı qızın ruhu girib. Qızın ruhu guya başına gələnləri sahibi evdə olamayanda bir məktuba yazıb. İş məktubla bitməyib. Kukla başını o tərəf bu tərəfə firladır, evdə gəzir bəzən isə boş otaqda öz-özünə gülürdü.

Cennifer bütün danışılanları yoxlamaq üçün evində kamera yerləşdirir. Kamera bir sutka kuklanın edə biləcəyi hər bir hərəkəti çəkərək, “youtube” vasitəsi ilə yayımlanacaqdı. Enninin yanına saat və elektrik detektoru qoyulur. “Youtube”u izləyənlər oyuncağın doğrudan da başını tərpətdiyini gördüklərini deyirlər. Birdən canlı yayım kəsilir. Evə gələn Cenni kameranın tokdan çıxarıldığını görür. Doğrudanmı bunun hamısı Enninin işi idi?

Hər birimizin evində uşaqlıqdan sevdiyimiz oyuncaqlarımız, heç cürə ata bilmədiyimiz gəlinciklərimiz var. Çoxumuz etiraf edək ki, uşaqlıqdan oyuncaqlarımızla danışmağı vərdiş halına gətirmişik. Ancaq heç zaman onlardan cavab ala bilməmişik.

İllərlə otağımızın bir küncündə qalan köhnəlmiş və susqun oyuncaqlarımızın bir gecə vaxtı gülüşünü eşitmək qorxuludur, elə deyilmi?

Mələk Heydərova


Tags:  Kuklalar haqqında DƏHŞƏTLİ FAKTLAR Sahibini zorlayan öldürən oyuncaqlar FOTOVİDEO 18


RƏYLƏR


Top news