Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Televiziyada dil qüsurları araşdırılır

Televiziyada dil qüsurları araşdırılır

Date: 8 November 2016 16:21

AMEA Nəsimi adına Dilçilik İnstitutu televiziya proqramlarının monitorinqi zamanı aşkarlanan qüsurlarını açıqlayıb.

Axşam.az xəbər verir ki, institutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva APA-ya bildirib ki, televiziya proqramlarında əsasən leksik və fonetik normaların pozulması problemləri hələ də qalmaqdadır.

Onun sözlərinə görə, aparıcıların nitqində qəliblərin olması da aydın hiss olunur:

“Biz yalnız xəbər verilişlərini yox, həm də geniş tamaşaçı auditoriyası olan verilişlərin monitorinqini aparırıq. Bu cür verilişlər də canlı yayımlandığından, danışığı nizamlamaq çətin olur və nəticədə qüsurlar əmələ gəlir. Bunu xüsusi qeyd etməliyəm ki, iki-üç il əvvələ nisbətən çox böyük irəliləyiş var. Biz monitorinqin detallı nəticəsini dekabrın əvvəllərində ictimaiyyətə açıqlayacağıq”.

O qeyd edib ki,  bir sıra aparıcıların nitqində Türkiyə türkcəsinin intonasiyası hiss olunur.

Qeyd edək ki, televiziya proqramlarının monitorinqinə noyabrın 1-dən başlanıb, ayın 30-dək davam edəcək. Monitorinqin nəticələri dekabrın əvvəllərində elan olunacaq. Monitorinqlər İTV, ATV, “Space”, “Xəzər” və “Lider” telekanallarını əhatə edir.


Tags:  Televiziyada dil qüsurları araşdırılır

RƏYLƏR


Top news