Avetyan: "Qarabağa yüksək səviyyəli muxtariyyət verilməsi münaqişədən çıxış yoludur"

Avetyan: "Qarabağa yüksək səviyyəli muxtariyyət verilməsi münaqişədən çıxış yoludur"
16:32 8 Noyabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni hüquq müdafiəçisi münaqişənin həlli yolunu Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli muxtariyyət verilməsində görür.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış" mövzusunda bu gün Bakıda keçirilən konfransda iştirak edən Vahe Avetyan deyib.

V.Avetyanın sözlərinə görə, Bakıya səfəri şəxsi təşəbbüsüdür.

Hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz fəaliyyətinin effektivliyinə inandığını deyib: "Mən nəticədən əmin olmasam, bu səfərə vaxtımı sərf etməzdim. Mən missiyamın uğuruna inanıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR