Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefası ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib. Buna kədərlənənlər də var, amma sevinənlərin sayı da az deyil.
Publika.az xəbər verir ki, Saakaşvili “Facebook” səhifəsində sevinənlərdən ikisi ilə bağlı karikatura dərc edib.
Bunlar Odessa meri Gennadi Truxanov və “Odessa Hüquq Akademiyası” Milli Universitetinin prezidenti, Ukrayna Ali Radasının üzvü Sergey Kivalovdur.
Qeyd edək ki, Saakaşvili istefa qərarını açıqladığı mətbuat konfransında prezident Pyotr Poroşenkonun Odessada iki cinayətkar qruplaşmanı himayə etdiyini bildirib. Saakaşvilinin sözlərinə görə, onlardan birinə 1990-cı illərin cinayətkarı olan Gennadi Truxanov rəhbərlik edir.
Sergey Kivalov da Odessada Saakaşvilinin ən ciddi rəqiblərindən biri hesab edilirdi.
Ömər Dağlı