Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AFFA məşqçini bir illik cəzalandırdı

AFFA məşqçini bir illik cəzalandırdı

Date: 8 November 2016 16:37

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:


U-19 Liqasında “Kəpəz” (Gəncə) - “Turan” (Tovuz) matçının 44-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Rəşad Nağıyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 88-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb. 


U-10 Liqasında “Leon” FK (Bakı) – “Təhsil” FM (Bakı) matçı başa çatdıqdan sonra  “Təhsil ” FM klubunun məşqçisi Tural Kərimov oyunun baş hakiminə qarşı qeyri-etik ifadələr işlətdiyinə və fiziki təsir göstərdiyinə görə 1 il yarışlardan kənarlaşdırılıb. 


Fanat.Az



Tags:  AFFA məşqçini illik cəzalandırdı


RƏYLƏR


Top news