Kredit borcu olanların şəxsiyyət vəsiqəsi əlindən alınır

Kredit borcu olanların şəxsiyyət vəsiqəsi əlindən alınır
16:37 8 Noyabr 2016
293 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergi və kredit problemi olan vətəndaşlar yeni problemlə üzləşiblər. Belə ki, həmin vətəndaşlar artıq şəxsiyyət vəsiqələrini yeniləyə bilmirlər.

Milli.Az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə analoji problemlə üzləşən vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, ailə həyatı qurmasından dolayı, şəxsiyyət vəsiqəsini yeniləmək üçün "ASAN xidmət"ə müraciət edib. Xidmətdə ondan köhnə vəsiqəsini qəbul etsələr də, yenisini verməkdən imtina edirlər. Səbəb kimi də onun vergi borcunun olmasını göstəriblər.

Məsələ ilə bağlı "ASAN xidmət"in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi "ASAN xidmət"də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: 
"Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir".

Problemi şərh edən hüquqşünas Elyar Həsənovun sözlərinə görə, vətəndaşın hansısa borcuna görə, şəxsiyyət vəsiqəsindən məhrum edilməsinə dair ölkə qanunvericiliyində heç bir müddəa yoxdur:
"Vergi və kredit borcuna görə vətəndaşa şəxsiyyət vəsiqəsi verilməməsi qanunvericiliyə ziddir. Şəxsiyyət vəsiqəsi əlindən alınan vətəndaşın hüquqları məhdudlaşdırılır ki, bu da doğru deyil. Şəxsiyyət vəsiqəsi vətəndaşlıqla bağlıdır.

Vətəndaşa vəsiqə vermədikdə, o, başqa hüquqlarını da reallaşdıra bilmir. Məsələn, nikaha girmək istəyir, amma borcuna görə vəsiqə verilmirsə, deməli, nikaha girə bilməyəcək. Bu, nə dərəcədə doğrudur?!", - hüquqşünas bildirib. E.Həsənov qeyd edib ki, belə hallar olduqda, yuxarı dövlət orqanlarına müraciət edilməlidir: "Vətəndaş ən yaxşı halda məhkəməyə müraciət edə bilər".

Vəkil Fuad Ağayev də sözügedən məsələnin qanunsuz olduğunu deyib: "Bu haqda ilk dəfədir, eşidirəm. Əgər belə hallar baş verirsə, tam qanunaziddir. Hər hansı borcun olması o insanın vətəndaşlıqdan çıxarılmasına səbəb ola bilməz. Hüquq subyekti məhdudlaşdırıla bilməz. O ki qaldı borca, o borcun geri alınması başqa yollarla həyata keçirilməlidir, şəxsiyyət vəsiqəsindən vətəndaşı məhrum etməklə yox".

"Bu halla üzləşən zaman vətəndaş iki yolla hüquqlarını bərpa edə bilər: Birincisi, yuxarı orqanlara müraciət etməklə, ikincisi, məhkəməyə üz tutmaqla", - deyə vəkil qeyd edib. 

Məsələ barədə danışan millət vəkili Fazil Mustafa da borca görə vətəndaşlıq hüquqlarının məhdudlaşdırılmasını doğru hesab etmir: "Hər hansı bir maliyyə borcuna görə vətəndaşı vəsiqədən məhrum etmək olmaz. Şəxsiyyət vəsiqəsi şəxsiyyətin tanınması sənədidir. Bu baxımdan malı mala qatmaq olmaz". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37

Goranboyda "VAZ" aşdı - 3 yaralı

26 İyul 2017 22:29

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi - FOTO

26 İyul 2017 22:27

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

26 İyul 2017 22:27

Maykl Ceksonun 19 yaşlı qızı siqaret çəkərkən görüntüləndi

26 İyul 2017 22:17

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

26 İyul 2017 22:17

FES illik faiz dərəcəsini 1-1,25% səviyyəsində saxlayıb

26 İyul 2017 22:17

FED uçot dərəcəsini dəyişmədi

26 İyul 2017 22:14

FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

26 İyul 2017 22:12

Bakıda reyd keçirilib - VİDEO - FOTO

26 İyul 2017 22:05

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz - MÖHTƏŞƏM KƏŞF

26 İyul 2017 22:05

"Neftçi" "Şalke" ilə oynadı

26 İyul 2017 22:05

“Neftçi” “Şalke”-yə uduzdu

26 İyul 2017 22:04

NASA-nın izah tapmadığı QƏDİM QAYAÜSTÜ TƏSVİRLƏR

26 İyul 2017 22:03