Bakıda məşhur geyim mağazası bağlandı

Bakıda məşhur geyim mağazası bağlandı
16:37 8 Noyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın tanınmış geyim mağazaları brendlərindən biri sayılan "Marks & Spencer" şirkəti Bakıdakı mağazasını bağlayıb. 

Milli.Az fins.az-a istinadən xəbər verir ki, Bakının ticarət mərkəzlərinin birində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb. 

Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbəbləri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır. Bakı bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil. 

Son məlumatlara görə, "Marks & Spencer" qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev üçün əşya mağazasını bağlayacaq. 

Bu qərara ilin birinci yarısında gəlirlərinin azalması səbəb olub. Belə ki, ilk 6 ayda "Marks & Spencer"in vergi qoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq (287,3 milyon dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır.

"Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib, 60 mağazamızı bağlayacağıq", - deyə şirkətin açıqlamasında deyilir. Əvəzində "Marks & Spencer" "Simply Food" ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür. Xatırladaq ki, "Marks & Spencer" 1884-cü ildən fəaliyyət göstərir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR