“Atam dedi ki, get özünə sənət tap”

“Atam dedi ki, get özünə sənət tap”
16:51 8 Noyabr 2016
116 Şou
Ölkə mətbuatı
A- A+

"Çoxunda yetkinlik yaşına çatanda səs batır və sənətdən uzaqlaşır. Mənim də səsimdə dəyişiklik oldu. Səsim tam itdi. Həmin ərəfədə ürəyim partlayırdı. Özümü musiqi tərəfdən sakitləşdirmək istəyəndə, piyano çalırdım və oxuyacağım mahnını fitlə zümzümə edirdim".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elnur Məmmədov ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişində deyib.

İfaçı bir vaxtlar sənətdən uzaqlaşmasından danışıb:

"Səsim dəyişəndən sonra məni öldürsələr də, ikinci dəfə oxumağa gəlməzdim. Atam həmişə deyirdi ki, özünə normal sənət tap. Sonra Vaqif Gərayzadəni canlı-canlı görmək üçün ikinci dəfə sənətə qayıtdım. Buna görə öncə valideynlərimə, sonra da müəllimlərimə təşəkkür edirəm. İndi səhnədə elə cavan oğlanlar görürəm ki, bura onun yeri deyil. Yalandan özünü məcbur bura itələyir. Görür ki, səhnədə müğənnilər parlayır, bu da özünə yer etmək istəyir".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR