"Qadın kişi, kişi isə qadın kimi düşünə bilməz"- Bakıda seminar+fotolar

"Qadın kişi, kişi isə qadın kimi düşünə bilməz"-  Bakıda seminar+fotolar
16:56 8 Noyabr 2016
102 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda “Qadın-kişi münasibətlərinin şifrəsi” mövzusunda seminar keçirilib.

Axşam.az-ın məlumatına görə, seminarın məqsədi insanları maarifləndirmək, ailədə problemlərin azalmasına nail olmaqdır. Tədbirin təşkilatçısı psixoloq Vəfa Rəşidova çıxış edərək, kişi və qadın münasibətlərindən danışıb.

O bildirib ki, bu tipli seminar Azərbaycanda ilk dəfədir təşkil olunur:

“Məqsədimiz yaranan problemlərlə bağlı insanları məlumatlandırmaqdır. Onlar nə qədər çox öyrənirlərsə, bizim üçün bir o qədər xoşdur. Seminarlarımız davamlı olacaq. Türkiyədən dəvət etdiyimiz psixoloq Ahmet Tuğrul Demir xanımlara ailədə yarana biləcək problemlərlə bağlı məlumatlar verdi. Tədbirimizə bölgələrdən də qatılanlar var idi. Gənclərimiz çox fəal iştirak edirdilər. İştirakçılara sertifikatlar təqdim olundu".

Qadın psixoloqu Ahmet Tuğrul Demir də seminarla bağlı fikirlərini bildirib:

“Seminara Vəfa xanımın dəvəti ilə qatıldıq. Məqsədimiz qadın və kişi münasibətləri ilə bağlı insanları məlumatlandırmaqdır. Böyük davalarla, ayrılıqlarla nəticələnən münasibətlər hər zaman fəsadlar yaradır. Adətən kişi və qadın ailədəki problemləri ətrafdan gizlətməyə çalışır. Bu isə böyük mübahisələrə gətirib çıxarır. Qadın hər zaman kişini öz düşüncəsi çərçivəsində qavrayır. Kişi də eynən onun kimi... Amma heç vaxt qadın kişi, kişi isə qadın kimi düşünə bilməz. Biz bu fikri seminar iştirakçılarına izah etməyə çalışdıq. Bir dəfə seminar keçirməklə problemləri aradan qaldıracağımızı deyə bilmərik. Amma problemlərlə üzləşən ailələrə zaman keçdikcə, tədricən kömək edə biləcəyimizə əminəm. Əgər insanları maarifləndirə bilmiriksə, onda gərək bu işlə məşğul olmayaq”.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR