Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir: "IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri çox maraqlı olacaq"

Nazir: "IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri çox maraqlı olacaq"

Date: 8 November 2016 16:57

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri Birinci Avropa Oyunlarından və digər layihələrdən zəif olmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri rəngarəng olacaq:

"Açılış və bağlanış mərasimləri Milli Olimpiya Stadionunda baş tutacaq. İndi açılış və bağlanış mərasimlərinin tam ssenarisini açıqlamaq istəmirik. Ancaq onu deyə bilərəm ki, İslam dünyasının, şərqin tarixi mövzularından bəhs olunacaq. Zəmanət verirəm ki, çox maraqlı olacaq".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixində Bakıda keçiriləcək.

Milli.Az


Tags:  Nazir IV İslam Həmrəyliyi Oyunlarının açılış bağlanış mərasimləri çox maraqlı olacaq

RƏYLƏR


Top news