Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İslam Oyunlarının açılışı Avropa Oyunlarından zəif olmayacaq” - nazir

“İslam Oyunlarının açılışı Avropa Oyunlarından zəif olmayacaq” - nazir

Date: 8 November 2016 17:04

“Yarışlar 16 qrupda keçiriləcək. Əsas Atletlər Kəndi, nəqliyyatdı. Hamısı həllini tapır. Artıq 49 Olimpiya Komitəsi yarışda iştirakını təsdiqləyib. Bu son deyil, say artacaq. Buna inanırıq”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə edilib.

 

Ardınca baş tutan mətbuat konfransında Rəhimov bildirib ki, gələn il mayın 12-dən 22-dək təşkil olunacaq İslamiadada yayım hüquqları ilə bağlı danışıqlar davam edir: “Bu məsələyə də yaxın günlərdə aydınlıq gələcək. Əməliyyat Komitəsində 500-dək insan işləyir. Onlar üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Biz belə düşünürük ki, yarışa 3000-3500 idmançı qatılacaq. Planda nə var idisə, onu da yerinə yetirəcəyik. Bu yarışı təkcə Azərbaycan və İslam ölkələri üçün deyil, bütün dünya üçün keçiririk”.

 

Rəhimov möhtəşəm açılış mərasiminin baş tutacağını istisna etməyib: “Düşünürük ki, İslam Həmrəylik Oyunlarının açılış mərasimi Azərbaycanda keçirilmiş Avropa Oyunlarından və digər yarışlardan zəif olmayacaq. Bu, hələlik sirr qalsın. İslamdan söhbət açacağıq və bunu dünya ilə bölüşəcəyik. İnanıram ki, hər şey yüksək səviyyədə olacaq”.

 

Nazir akkreditasiyanın başlama tarixini açıqlamayıb. O qeyd edib ki, idmançıların qeydiyyatı dekabrın 31-dək davam edəcək. Yalnız bundan sonra məsələyə aydınlıq gələcək.

 

O, bilet satışı ilə bağlı bildirib ki, proses Avropa Oyunlarında olduğu kimi olacaq: “Biletlər hər idman qurğusunun yanında və tərəfdaşlar tərəfindən satılacaq. Biletləri internet vasitəsilə almaq da mümkün olacaq. Qiymətlər isə Avropa Oyunlarındakından baha olmayacaq”.

 

Azad Rəhimov ağırlıqqaldırma yarışlarındakı dopinq məsələsinə də münasibət bildirib: “Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ilə danışıqlar aparılır. Onlar hər bir köməkliyə hazırdılar. Əgər bu yarışda bizə icazə verilməsə, Təşkilat Komitəsi qarşısında sual olaraq qalacaq”.

 

İdman naziri İslamiadaya hazırlığın plan üzrə getdiyini də söyləyib. O bildirib ki, komandamızın çıxışı ilə bağlı proqnoz verilməyəcək: “Avropa Oyunlarında da medal sayında ikinci olacağımızı gözləmirdik. Ancaq komandamız bunu bacardı”.

 

A. Rəhimov həmçinin onu da əlavə edib ki, müsəlman ölkəsi olmayan, lakin müsəlmanların məskunlaşdığı ölkələr də İslam Həmrəyliyi İdman Federasiyasına müraciət edə bilərlər. Çünki bu, Təşkilat Komitəsinə aid deyil.

 

 

Tədbirdə iştirak edən İHİF-in 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum razılığını bildirib: “Biz Təşkilat Komitəsindən və İslam İdman Federasiyasından çox razıyıq. Anlayırıq ki, Azərbaycan Prezidenti bu oyunlara böyük dəstək verir. Ona təşəkkür edirik. Səhər iclas keçirdik və nazirə minnətdarlıq etdik. Çünki onun rəhbərliyi altında Əməliyyat Komitəsi işini uğurla yerinə yetirir. Bizim gücümüz həmrəylikdədi. Gələn il Azərbaycanda görüşəcəyimiz zaman hər şey hazır olacaq. Burda heç bir problemimiz yoxdu. Mətbuatdan xahiş edirik ki, İslamiadaya marağın oyanmasında öz töhfəsini versin. Çünki bu idmandı, bizim həmrəyliyimiz və birliyimizdi”.

 

Qeyd edək ki, Koordinasiya Komissiyasının 2-ci günü müzakirə mərkəzində olacaq mövzular idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləridi.


Tags:  İslam Oyunlarının açılışı Avropa Oyunlarından zəif olmayacaq nazir


RƏYLƏR


Top news