Onların münasibətləri rəsmiləşdi - fotolar

Onların münasibətləri rəsmiləşdi - fotolar
17:11 8 Noyabr 2016
97 Şou
Ölkə mətbuatı
A- A+

İngiltərə şahzadəsi Harri aktrisa Meqan Markl ilə münasibətlərini rəsmən elan edib.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ötən həftədən bütün qəzet və jurnallar, eləcə də, sosial şəbəkələr şahzadə və aktrisa barədə xəbərlər yazır. Bəzi xəbərlərdə isə Meqan təhqir olunur və onun eks sevgilisi ilə şəkilləri paylaşılır.

Məlumata əsəsən, Harri Meqana görə narahat olduğundan aralarındakı sevgi münasibətini rəsmən elan etməyə qərar verib.

"Onun da bir həyatı var. İmkan verin rahat yaşasın", - deyə şahzadə sevgilisi barədə deyib.

32 yaşlı şahzadə, nəinki, 35 yaşlı amerikalı aktrisaya vurulub, hətta, onu öz ailəsi ilə tanış da edib. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Qeyd edək ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR