Azərbaycan - Almaniya oyunu başqa stadionda keçirilə bilər

Azərbaycan - Almaniya oyunu başqa stadionda keçirilə bilər
17:27 8 Noyabr 2016
219 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Almaniya yığmaları arasındakı qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilə bilər.


"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bildirib.


O, martda baş tutacaq qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməməsinin səbəbini açıqlayıb: "Həmin stadionda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işləri aparılacaq. Bu səbəbdən təklif etdik ki, Almaniya ilə oyun Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilsin. Çünki həmin stadionda yaxşı vəziyyətdədir. Problem ondadır ki, ev oyunları üçün UEFA-dan Bakı Olimpiya Stadionu qeydiyyatdan keçib. Sadəcə, bu qeydiyyatı dəyişmək lazımdır. Biz buna hazırıq".



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-almaniya-oyunu-baqa-stadionda-keciril-bilr-t54012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR