Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vergilər üzrə tapşırıqlara artıqlaması ilə əməl edilib

Vergilər üzrə tapşırıqlara artıqlaması ilə əməl edilib

Date: 8 November 2016 17:32

Bu ilin yanvar -oktyabr ayları  ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Milli.Az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.

İlkin İzzət
Milli.Az 


Tags:  Vergilər üzrə tapşırıqlara artıqlaması əməl edilib

RƏYLƏR


Top news