ATV-dən Elşad Xose açıqlaması: "Aktyorluq etdi"

ATV-dən Elşad Xose açıqlaması:  "Aktyorluq etdi"
17:46 8 Noyabr 2016
173 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan “V element” verilişinin layihə rəhbəri, aparıcı Ranar Musayev reper Elşad Xosenin efiri yarımçıq tərk etməsinə münasibət bildirib.

O, Axşam.az-a açıqlamasında bildirib ki, verilişdən öncə Elşadla söhbət ediblər:

"Kefi yaxşı idi. Xəstəlik əlamətləri hiss olunmurdu. Fikrimcə, efir zamanı verdiyimiz sualdan xoşu gəlmədi və aktyorluq edib getdi".

R.Musayev bu hadisənin şou xarakterli olduğunu iddia edənlərə cavab verib:

"Bizdə qurama heç nə olmur. Elşad Xoseyə qərəzimiz yoxdur. Hamımız onunla dostuq və hörmət edirik. Çox gözlədik, amma geri dönmədi. Bu proqramı efirə verməyə bilməzdik. Çünki başqa variantımız qalmamışdı. Bir verilişin ərsəyə gəlməsi uzun vaxt aparır. Yeni qonaq çağırıb, başqa proqram hazırlamaq mümkünsüz idi".

Xatırladaq ki, reper E.Xose qızdırması qalxdığını söyləyərək, sözügedən verilişi yarımçıq tərk etmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR