Keçmiş MTN-çi: "Çovdarov dedi, səni buradan iti qovan kimi qovaram..."

Keçmiş MTN-çi: "Çovdarov dedi, səni buradan iti qovan kimi qovaram..."
17:47 8 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş həmkarlarının istintaqa ifadələri zamanı bəzi məqamlar ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, nazirliyin sabiq əməkdaşı Çıraqov Elçin Musa oğlu ifadəsində general Akif Çovdarov və polkovnik Səlim Məmmədovla münasibətlərindən danışıb: "Onların qanunsuz göstərişləri yerinə yetirmədiyim üçün mənə qarşı hər zaman qərəzli olublar. MTN-nin 6-cı Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Səlim Məmmədov və Vüqar Muxtarovun qanunsuz əməllərini gördüm. Etirazımı bildirdim. Səlim Məmmədov və Vüqar Muxtarov əməliyyatdan dərhal sonra barəmdə Akif Çovdarova məruzə elədi. Çovdarov məni otağına çağırdı. Üstümə qışqıra-qışqıra "sən nə səbəbdən narazısan, səni burdan iti qovan kimi qovaram, gedirsən otağına, mənim icazəm olmadan heç yerə çıxmırsan, bu otaqdan çıxandan sonra da gedib heç kimlə "razborka" aparmırsan" dedi".
 
MTN-nin sabiq əməkdaşı bildirib ki, bundan sonra 3 il ərzində Çovdarov onun icraatına heç bir iş verməyib: "3 il boş-boşuna otaqda oturdum. Bezmişdim. Raport yazıb Akif Çovdarova verdim ki, işdən çıxım. Çovdarov mənə dedi, atan xəstədir bilirəm, işlə pul qazan, get atanı müalicə elətdir. Razılaşmadım. Çovdarova dedim ki, indiyə qədər haram yeməmişəm, bundan sonra da yemərəm. Çovdarov raportumu 4 ay özündə saxladı. Məcbur qalıb, Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudova müraciət elədim, xəstəliklə təqaüdə çıxdım".
 
Elçin Çıraqov istintaqa ifadəsində MTN əməkdaşlarının vətəndaş Neman Kərimova qarşı hədə-qorxu yolu ilə pul almasından danışıb. O bildirib ki, Neman Kərimovu 2007-2008-ci illərdən tanıyır: "Məni onunla İslam və Vahid Məmmədovlar tanış etmişdi. Neman o zamanlar Nərimanov rayon Polis İdarəsinin cinayət axtarış bölməsində kiçik inspektor işləyirdi.  Həmin vaxtlar MTN Nərimanov idarəsi ilə polis idarəsi eyni binada yerləşirdi. Nemanla iş vaxtı salam, sağolumuz vardı, bir-birimizdən hal-əhval tuturduq. Neman bir gün mənə dedi ki, Sevinc adlı tanışı var, yüngül həyat tərzi yaşayır, onda BƏƏ və Türkiyəyə gedən qadınlar haqqında yaxşı məlumatlar var. Bizi tanış elədi. Neman mənə dedi ki, Sevincin bir xəstə qardaşı var. Mən guya Sevincə yardım eləmək üçün bir kişi tapdım, türkəçarə yardım göstərəcəkdi. Beləliklə, onunla münasibət qurdum. Sevinc bir gün zəng elədi ki, Neyman ona 10 min manat pul atıb, MTN-ə şikayət etmək istəyir. Ona dedim ki, idarə rəisinə bu barədə məlumat verəcəyəm. Şifahi formada Səlim Məmmədova bu barədə məlumat verdim. S. Məmmədov dedi ki, Sevinci yanına göndərim, özü ərizəsini alacaq. Sevinci nazirliyə aparıb, Səlim Məmmədovla görüşdürdüm. Amma onların nə haqqında danışdığımdan xəbərim olmayıb. Bundan sonra bir neçə dəfə Sevinci MTN-in komendaturasının qarşısında Nemanın dayısı Zakir Mövsümov və Səlim Məmmədovla söhbət edərkən görmüşəm".
 
MTN sabiq əməkdaşı istintaqa bildirib ki, sonradan MTN-in 6-cı Baş İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin rəisi Vüqar Muxtarovun öz işçiləri ilə birlikdə otellərin birindən Nemanı və dayısı oğlu Zakiri MTN-ə gətirdiklərindən xəbər tutub: "Nemanı Sevinc Rüstəmovanın ərizəsi əsasında MTN-ə gətirmişdilər. Lakin həmin ərizənin qeydiyyata alınıb-alınmadığı haqqında məlumatım yoxdur.  Ümumiyyətlə hər hansı pul söhbətindən xəbərim yoxdur. Neman Kərimovdan kiminsə pul aldığından xəbərsizəm".
 
Qeyd edək ki, cinayət işinə görə, N.Kərimov Binəqədi rayonunda yerləşən "Elit" hotelində olduğu vaxt Səlim Məmmədov qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan istifadə etməklə odlu silahla basqın edərək hər hansı prosessual qərar və protokol tərtib etmədən onu zorla MTN-ə gətirib.
 
A.Çovdarov onu 10 saat ərzində xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum edib. O, Neman Kərimovun yaxın münasibətdə olduğu Rüstəmova Sevinc Rafiq qızından aldığı 20 min manatı qaytarmadığını bəhanə edərək, sidik nümunələri götürüb, guya narkotik vasitələrin istifadəçiləri olduqlarını iddia edib və barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyib. A.Çovdarov onlardan 80 min manat məbləğində pul tələb edib. Həmin gün Neman Kərimovun dayısı və Elvin Mövsümovun atası Zakir adlı şəxsdən dəstə üzvü Səlim Məmmədovun vasitəsi ilə həmin məbləğdə pulu nazirliyin inzibati binasında qəbul edib. A.Çovdarov həmin pulun 20 min manatını Sevinc Rüstəmovaya borcunun ödənişi kimi verib. Qalan 60 min manatını isə mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə, fiziki və hüquqi şəxslərin hüquqi mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Könülə brilliant üzük bağışladılar - FOTO

29 Mart 2017 19:27

Selfi çəkmək istəyəndə həlak oldular

29 Mart 2017 19:27

Futbolçulara viaqra içirdib meydana buraxdılar

29 Mart 2017 19:22

Aleksis Sançez tarixə düşməyə yaxındır

29 Mart 2017 19:17

İtaliya mediası Bakıdan yazdı

29 Mart 2017 19:13

ABŞ-da Konqres binası yaxınlığında silahlı insident baş verib

29 Mart 2017 19:13

Məşhur tenniçsi qadın çimərlikdə - FOTO

29 Mart 2017 19:12

“Lokomotiv” Azərbaycan çempionu oldu

29 Mart 2017 19:07

Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir - FOTO

29 Mart 2017 19:05

ABŞ Konqresi yaxınlığında ATIŞMA

29 Mart 2017 19:05

Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edildi

29 Mart 2017 19:03

Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL MESAJI - FOTOFAKT

29 Mart 2017 18:57

İranlı turist İrəvanda ASILDI

29 Mart 2017 18:53

"Kristal Abşeron"un ABB-nin adından yalan məlumat yaydığı üzə çıxdı

29 Mart 2017 18:52

Kartları birləşdirən azərbaycanlı: Koreyada maraqlı ixtira edən gənc

29 Mart 2017 18:52

"Od vurub yandıracağıq" - Erməni məmuru hədələdilər

29 Mart 2017 18:52

"Yenə öpdürmədi dodaqdan" - FOTO

29 Mart 2017 18:47

Hollandiyanın məşhur şirkətinə Türkiyədə qadağa qoyuldu

29 Mart 2017 18:44

İngiltərə Avropanın ən iri neft yatağını kəşf edib

29 Mart 2017 18:42

SON DƏQİQƏ: 146 nəfərlik gəmi batdı, 1 nəfər sağ qaldı

29 Mart 2017 18:42

Ermənistanda siyasi məhbusların yaxınları aksiya keçirirlər

29 Mart 2017 18:42

Ərindən ayrılan 34 yaşlı Arzunun MÜƏMMALI İNTİHARI - FOTO

29 Mart 2017 18:42

Bu küçələrdə də hərəkət məhdudlaşdırılır

29 Mart 2017 18:39

DƏHŞƏT - Bir şilləyə görə həmkəndlisinin bütün ailəsini öldürdü - VİDEO

29 Mart 2017 18:38

“Microsoft” şirkəti “Windows 10” sisteminin yeni versiyasını internetdə yerləşdirib

29 Mart 2017 18:35

Həmsədrlər Qarabağla bağlı birgə BƏYANAT İMZALADI

29 Mart 2017 18:33

Həmsədrlərdən Qarabağ münaqişəsi ilə bağlı BƏYANAT

29 Mart 2017 18:32

Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olundu

29 Mart 2017 18:32

"Fast-food" restoranlarının 6 hiyləsi - FOTO

29 Mart 2017 18:32

Ukraynada əsgər zabitləri bıçaqladı

29 Mart 2017 18:29

Putindən Fələstin problemi ilə bağlı ÇAĞIRIŞ

29 Mart 2017 18:28

Mələkxanım imicini dəyişdi - FOTO

29 Mart 2017 18:27

Ronaldu: "Bəzi insanlar adımın aeroporta verilməsindən xoşlanmadı" - FOTO

29 Mart 2017 18:27

London regionlara müstəqillik əvəzinə yeni səlahiyyətlər vəd etdi

29 Mart 2017 18:23

Azərbaycan yeni təyyarələr alacaq

29 Mart 2017 18:22

Hakerlər "Muğanbank"ın saytını dağıdıb, belə yazdılar - FOTO

29 Mart 2017 18:19

BP 2017-ci ildə "Şahdəniz" yatağından sınaq rejimində qaz nəql edəcək

29 Mart 2017 18:17

31 mart soyqırım günü "Ünvansız qatar" göstəriləcək

29 Mart 2017 18:17

"Baharsız bahar"

29 Mart 2017 18:17

Mehman Hüseynovun vəsatətləri təmin edilmədi

29 Mart 2017 18:14

Merkel istefa üçün şərti açıqladı

29 Mart 2017 18:13

İranlı turistin asılmış meyiti tapıldı - İrəvanda

29 Mart 2017 18:12

Maral Tahirqızının şikayəti təmin olunmadı

29 Mart 2017 18:12

Azərbaycanlı model Tailandda yarıçılpaq... - FOTOLENT

29 Mart 2017 18:09

Fransua Fillonun yoldaşı Fenelope rəsmi olaraq

29 Mart 2017 18:06

Livan prezidenti yıxıldı

29 Mart 2017 18:05

Alimdən MÜBAHİSƏLİ TƏKLİF: “Günlərin adları dəyişdirilməlidir, çünki...” - MÜSAHİBƏ

29 Mart 2017 18:03

Putin yol polisinin rəisini işdən çıxardı

29 Mart 2017 17:59

"Məqsədimizə nail olmaq üçün..." - "Kəpəz"in futbolçusu

29 Mart 2017 17:57

Beynimizə istədiyimiz məlumatı yükləmək mümkün olacaq

29 Mart 2017 17:56