ANS-in keçmiş aparıcısı: “Öz puluyla mənə aldığı…”

ANS-in keçmiş aparıcısı: “Öz puluyla mənə aldığı…”
17:48 8 Noyabr 2016
375 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist Afət Telmanqızının doğum günüdür.

Publika.az-a açıqlama verən ANS-in keçmiş aparıcısı təəssüratlarını belə ifadə edib: “Əslində ad günü keçirməyi heç xoşlamıram. Bunu yaxınlarım da bilir. Amma buna baxmayaraq, ad günüm təmtəraqdan uzaq, sakit keçmir. Doğmalarım, rəfiqələrim başıma yığışır. Ad günümdə mənə hədiyyədən çox diqqət göstərilməsini istəyirəm. Bu dəfə də məni tək qoymadılar. Hədiyyələrim çox oldu. Özəl hədiyyəm isə səhər qızımın məni qucaqlayıb, təbrik etməsi və verdiyimiz pulla, yəni öz puluyla mənə aldığı gül oldu. Ad gününü sözlə təbrik etmək qabiliyyəti nümayiş etdirmək mənə görə ən qiymətli hədiyyədən də qiymətlidir”.

A.Telmanqızı yaşın onun üçün əhəmiyyət daşımadığını deyib: “Yaşın, rəqəmlərin mənim üçün əhəmiyyəti yoxdur. Özümü hər zaman eyni yaşda hiss edirəm”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR