Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərkəzi Bank 75 milyon manatlıq not satacaq

Mərkəzi Bank 75 milyon manatlıq not satacaq

Date: 8 November 2016 17:53

2016-ci ilin 10 noyabr tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Publika.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si

50100252S

Hərraca çıxarılan həcm

75 000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

27 gün

Ödəmə tarixi

07 dekabr 2016-cü il

ARMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

İqtisadiyyat şöbəsi


Tags:  Mərkəzi Bank 75 milyon manatlıq not satacaq


RƏYLƏR


Top news