Deniz Yılmaz Şimali İrlandiyada millimizə qoşulacaq

Deniz Yılmaz Şimali İrlandiyada millimizə qoşulacaq
18:12 8 Noyabr 2016
153 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya millisi ilə qarşılaşacaq Azərbaycan yığması bu gün vətəni tərk edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandamız günorta saatlarında çarter reysi ilə Belfasta yollanacaq. Ötən gün millimizin Robert Prosineçkinin rəhbərliyi ilə "Dalğa Arena"da ilk məşqi baş tutub. "Bursaspor"un futbolçusu Dəniz Yılmazdan başqa toplanışa dəvət olunan oyunçular ilk hazırlıqda iştirak edib. Yılmaza gəlincə, o, millimizə Şimali İrlandiyada qoşulacaq.

Xatırladaq ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-də baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR