Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Maliyyə Nazirliyində hərrac

Maliyyə Nazirliyində hərrac

Date: 8 November 2016 18:13

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 15 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Publika.az-a verilən məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 13 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 34 mln. 71 min manat təşkil edib. Sifarişlər 82,0000 manat (22,1331%) və 87,3969 manat (14,5400%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86,9876 manat (15,0828%) orta ölçülmüş qiyməti 87,0711 (14,9717%) təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 07.11.2017-ci ildir.

İqtisadiyyat şöbəsi


Tags:  Maliyyə Nazirliyində hərrac

RƏYLƏR


Top news