Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Date: 8 November 2016 18:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Kamboca Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına sülh və firavanlıq arzulayıram".

Milli.Az


Tags:  Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

RƏYLƏR


Top news