Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

Date: 8 November 2016 18:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev N.B.Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Nurəddin Beytulla oğlu Quliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

X X X

Prezident İlham Əliyev R.Q.Babayevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Milli.Az


Tags:  Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

RƏYLƏR


Top news