YENİLİK: Məktəblərdə bəzi fənlər ləğv edilir

YENİLİK: Məktəblərdə bəzi fənlər ləğv edilir
18:33 8 Noyabr 2016
505 Ölkə
Ölkə mətbuatı
A- A+

Finlandiya təhsili dünyada ən yaxşı təhsil sistemlərindən hesab edilir. Dünya reytinqində ən yüksək sıralarda dursa da, ölkə rəhbərliyi daim yeniliyə can atır.

Publika.az xəbər verir ki, Finlandiyada inqilabi dəyişiklik adlandırıla biləcək yenilik tətbiq edilməsi planlaşdırılır. Məmurların tətbiq etmək istədiyi yeniliyə görə artıq bu ölkənin məktəblərində bəzi təhsil predmetləri ləğv edilir. İndiki kimi fizika, riyaziyyat, ədəbiyyat, tarix və coğrafiya dərsləri keçilməyəcək.

Bu dəyişikliyi izah edən rəsmilər, məktəblərdə köhnəlmiş üsulla tədrisin aparıldığını əsas gətirirlər. Onların fikrincə, bu tədris üsulu 1900-cü illərdə yaxşı hesab edilə bilərdi, amma indi ehtiyaclar dəyişib və artıq XXI əsrdir. Təhsil sistemi də bu əsrə uyğunlaşmalıdır.

Ayrı-ayrı fənlər əvəzinə, məktəblilər fənlərarası əlaqəni araşdırıb öyrənəcəklər. Məsələn, İkinci dünya müharibəsini araşdıran şagird ona tarix, coğrafiya, riyaziyyat nöqteyi-nəzərindən yanaşacaq. “Kafedə iş” kursunda şagirdlər ingilis dili, iqtisadiyyat və ünsiyətlə bağlı biliklər alacaq.

Bu sistem yaşı 16-nı keçmiş şagirdlərin oxuduğu siniflərdə tətbiq ediləcək. Şagirdlər fənləri özləri seçəcək. Mütləq deyil ki, şagird fizika, kimyanı mükəmməl bilsin. Əsas odur ki, şagird gələcəkdə ona nəyin lazım olduğunu anlasın və fənləri də ona uyğun seçsin, “Mən bunları nə üçün öyrənirəm?” sualına cavab tapa bilsin.

Həmçinin yenilik “müəllim-şagird” münasibətlərinin də formatını dəyişir. Şagirdlər bütün dərsi parta arxasında və gərgin vəziyyətdə oturmaq məcburiyyətində deyil. O, müəllimin onu nə zaman lövhəyə çağıracağını da gözləməyəcək. Onun əvəzində dərslər kiçik qruplar şəklində aparılacaq.

Bir sözlə Fin təhsil sistemi kiçik qruplar şəklində qurulacaq və şagirdləri birgə iş, problemlərin müzakirəsinə həvəsləndirəcək.

Bunun yerinə kiçik qruplarda birgə iş və problemlərin müzakirəsi olacaq. Ölkənin paytaxtında müəllimlərin 70%-I yeni sistem üzrə hazırlığa keçiblər və artıq onlar maaşlarını əlavə ilə alacaqlar.

200 ildir dünyanı heyran qoyan Finlandiya təhsil sistemi – FƏRQ

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/175224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR