Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mourinyonun məni satmaq istəməsi doğru xəbər deyil"

"Mourinyonun məni satmaq istəməsi doğru xəbər deyil"

Date: 8 November 2016 18:37

"Mançester Yunayted"in müdafiəçisi Matteo Darmian qışda klubunu dəyişməsi barədə xəbəri təkzib edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan futbolçu baş məşqçi Joze Mourinyonun etimadını qazanmaq üçün var gücü ilə çalışdığını qeyd edib.

"Mourinyo məni satmaq istəyir? Bu barədə xəbər oxumuşam, amma doğru deyil. Məşqlərə davam edirəm. Daha yaxşı oynamağa çalışıram ki, heyət seçimində baş məşqçinin işini çətinləşdirim. Qış transfer pəncərəsi barədə düşünmürəm. Bu barədə düşünmək hələ tezdir".

Milli.Az


Tags:  Mourinyonun məni satmaq istəməsi doğru xəbər deyil

RƏYLƏR


Top news